“AŞPA-da erməni deputatlar bu təxribatı səbirsizliklə gözləyirmiş”
Tural Gəncəliyev: "Gədəbəy təxribatında məhz xarici qüvvələrin əli var"
“Bu yaxınlarda Laçın sərhəd buraxılış məntəqəsində törədilmiş təxribatdan sonra Gədəbəyin Söyüdlü kəndində törədilən bu təxribat gözlənilən idi. Bu təxribatda məhz xarici qüvvələrin əli var”.
Versus.az xəbər verir ki, bunu Milli Məclisin bu günkü iclasında deputat Tural Gəncəliyev deyib.
AŞPA-da erməni deputatlarının bu təxribatı səbirsizliklə gözlədiklərinin müşahidə olunduğunu deyən T.Gəncəliyev, ölkəmizə qarşı təsirlərin müxtəlif aspektlərdə büruzə verdiyinə diqqət çəkib.
“Beynəlxalq təşkilatlardakı ermənipərəst deputatlar da öz fəaliyyətlərindən əl çəkmirlər. Ermənipərəst deputat Natali ilə görüşmək istəyəndə bizi qəbul etməmişdi”.
Qeyd edək ki, spiker Sahibə Qafarova – “Gərək elə görüşmək istəməyəndə dərhal tviterdə status yazardınız, o, Avropa Parlamentinin deputatı, siz isə Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədrisiniz”-deyə bildirib.
TAHİRƏ
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"