“Pislik potensiallarını Gədəbəy camaatını ayağa qaldırmaqla sərgilədilər”

22:00 23-06-2023 | icon 362 | Siyasət
“Pislik potensiallarını Gədəbəy camaatını ayağa qaldırmaqla sərgilədilər”

Sahib Alıyev: "Revanşistlərin böyük əksəriyyəti İrana və Rusiyaya bağlıdırlar"

 

“Dövlətimizin enerji təhlükəsizliyi məsələsində Avropanın vazkeçilməz tərəfdaşlarından birinə çevrildiyini, Azərbaycan-Ermənistan şərti sərhəddinə ABŞ-nin 230 illik parlamentarizm tarixində etdiyi yaramazlıqlara görə açıq tənbeh ediləcək 26-cı konqresmen Adam Şiffdən çox da fərqlənməyən qərəzli, saxtakar və müftəxor deputatlar göndərən Fransanın belə bunun qarşısını almaq cəhdlərinin heç bir nəticə vermədiyini görənlər pislik etmək potensiallarının hələ də qaldığını sərgiləmək üçün qeyrətli Gədəbəy camaatını ayağa qaldırmaq istədilər. Söyüdlü baş verənlərin araxaında dayan həqiqət budur”.

 

Versus.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Sahib Alıyev bildirib.

 

Deputat bununla belə hesab edir ki, Söyüdlüdə ekeolji vəziyyətin son dərəcə dəqiqliklə öyrənilib, dettalarınadək açıqlanmasına ehtiyac var:

 

“Hər hansı ekoloji problem varsa, təbii ki, ona son qoyulmalıdır. Eyni zamanda camaatı ayağa qaldırmaq üçün ora göndərilənlərin də dindirilib kimlikləri, nə məqsədlə Söyüdlüyə gəldikləri bütün çılpaqlılğıyla çatdırılmalıdır. Onda edilən təhqir, atılan daşlar qarşılığında emosiyasını saxlaya bilməyən polis əməkdaşının üzünə qaz püskürdülən o yaşlı qadın qarışıq Söyüdlü camaatının təəssübünü Rusiyadan göndərilən emissarlardan və Qərbdəki bəlli çevrələrin maliyyələşdirdiyi dırnaqarası jurnalistlərdən qat-qat çox çəkdiyi bəlli olacaq”.


Eyni zamanda Milli Məclis sədrinin Avstriyaya səfəri haqda fikir bildirən deputat heyətin tərkibində yer alan millət vəkili olaraq səfərin uğurlu olduğunu qeyd edib. Deputat bildirib ki, spiker Sahibə xanımın regiondakı vəziyyəti hərtərəfi şəkildə diqqətə çatdırmasından sonra Avstriya Milli Şurasının sədri cənab Volfqanq Sobotkanın Ermənistanı savaş ritorikasına son qoyub Azərbaycanın sülh təklifinə adekvat yanaşmaya çağırması ilə əsaslandırıb.


Onun sözlərinə görə, bu səfər Avstriyada Azərbaycan dövlətinin regionda oynadığı rolun və daşıdığı önəmin düzgün qiymətləndirildiyini, cənab Prezidentn 3 il bundan öncə Milli Məclisdəki çıxışında parlament diplomatiyasının gücləndirilməsi ilə bağlı verdiyi tövsiyənin uğurla yerinə yetirildiyini göstərən növbəti örnək idi.


S.Alıyev bildirib ki, əsl reallıq göz önündə olsa da, Avropada yüksək vəzifə tutanların əksəriyyəti prinsipial mövqe ortaya qoyaraq hər şeyi öz adıyla çağırmaq istəmirlər:

 

“Avropa Şurası və Avropa Parlamentindəki çıxışlarından da görürük ki, Fransa və onun təsir altında olan bəzi peyk ölkələrin təmsilçiləri, islamofob, yaxud da muzd qarşlığında hay diasporuna xidmət edənlər Ermənistandakı revanşist qüvvələri yeni savaş və qarşıdurmalara həvəsləndirirlər. Həmin revanşistlərin böyük əksəriyyəti İrana və Rusiyaya bağlıdırlar, ya da onların təsir altında olanlardırlar”.


TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır