“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Muğam marafonu” başlayıb.
“Muğam marafonu” iyunun 24-də İçərişəhərdə, Şirvanşahlar Sarayında saat 12-dən başlayaraq sabah, yəni iyunun 25-i saat 12-yədək davam edəcək.
24 saat ərzində keçirilən layihənin hər saatında eyni məkanda 24 xanəndə bir-birini əvəz edərək onları müşayiət edən heyətlə birgə muğam ifa edəcək. “Muğam marafonu”nda xanəndələrlə yanaşı, bir-birini əvəz edən 25 elektron musiqiçi də çıxış edir.
“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunan “Muğam marafonu” dinləyicilər üçün bir gün ərzində dayanmadan muğamın ecazkar dünyasına bir səyahətdir.