Sülhün əldə olunmamasında əsas SƏBƏB

15:52 04-07-2023 | icon 313 | Siyasət
Sülhün əldə olunmamasında əsas SƏBƏB

Hikmət Babaoğlu: “Terorçulardan ikisinin Ermənistan vətəndaşı olması bir daha bunu sübut edir”

 

“Azərbaycan daha qəti addımlar ataraq geniş miqyaslı əməliyyatlar keçirdərək sülhü yaxınlaşdıra bilər”.

 

Versus.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

 

Deputat Azərbaycan ərazisində Ermənistanın 10 mindən çox cinayətkar hərbi dəstəsinin və terrorçularının olmasının dəqiqləşdirilmiş fakt olduğunu deyib. Onun sözlərinə görə, bir neçə gün əvvəl Azərbaycanın keçirdiyi "Qisas 2" əməliyyatı nəticəsində məhv edilən terorçulardan ikisinin Ermənistan vətəndaşı olması bir daha bunu sübut edir: 

 

“Azərbaycan ərazisində sülhün əldə olunmamasının səbəbi Azərbaycan ərazisində 10 mindən çox erməni silahlı birləşmələrinin olmasıdır və bu sülhə gedən yolda ciddi bir maneədir. 2 il yarım ərzində sülhün əldə olunmamasında əsas səbəb budur.  Ermənistan sülhü immitasiya edib, digər tərəfdən hərbi cəhətdən güclənərək işğal siyasətini davam etmək niyyətindədir”.

 

H.Babaoğlu Ermənistanın öhtəçiliyində iki məsələnin olduğunu deyib:

 

“Bunlardan biri erməni silahlılarının ərazilərimidən çıxarılması, ikincisi isə  kommunikasiyaların açılmasıdır.  Bu, sülh danışıqlarına qədər 2020-ci ildə Ermənistanın üzərinə götürdüyü öhtəlikdir. Bu öhtəlik yerinə yetirilmədiyi təqdirdə sülh danışıqlardan danışmaq qeyri realdır.Azərbaycan uzun müddətdir gözləyir, bir neçə əməliyyat keçidərək Ermənistn silahlı qüvvələrinin Azərbaycan ərazisində hərəkətini məhdudlaşıdırb. Amma bu azdır. Ən qısa zamanda Azərbaycan daha qəti addımlar ataraq geniş miqyaslı əməliyyatlar keçirdərək sülhü yaxınlaşdıra bilər”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

"Almaniyaya səfər məhsuldar keçdi"

Rektor yubiley medalı ilə təltif edildi