O, Heydər Əliyev Mərkəzində konsert verəcək

13:16 05-07-2023 | icon 264 | Mədəniyyət
O, Heydər Əliyev Mərkəzində konsert verəcək

Oktyabrın 15-də Bakı Caz Festivalı çərçivəsində Heydər Əliyev Mərkəzində braziliyalı musiqiçi Mario Bakunanın konserti olacaq.

 

“Auditorium” zalında keçiriləcək konsert “Braziliya mənzərələri” adlanır. Məşhur caz ifaçısı eyniadlı albomu ilə artıq Avropanın 16 ölkəsində qastrolda olub. “Braziliya mənzərələri” albomu digərlərindən məşhur braziliyalı bəstəkarların əsərlərinin yeni aranjimanının təqdimatı ilə fərqlənir.

 

Mario Bakuna Londonda yaşayan braziliyalı bəstəkar, aranjimançı, müğənni və gitara ifaçısıdır. 20 illik musiqi təcrübəsi olan Mario Bakuna bu günədək Avropa, Afrika və Braziliyada beynəlxalq festivallar və böyük səhnələrdə uğurla çıxış edib.

 

O, 1950-ci illərdə Rio-de-Janeyroda yaranan samba caz janrının yeni interpretasiyaları üzərində çalışır. Hazırda Mario Bakuna Avropada yaşayan və dünyanın nüfuzlu səhnələrində ən yaxşı musiqiçilərlə birgə çıxışları ilə yadda qalan caz ifaçılarındandır.

 

Bakı konsertində elektrogitarada Felippe Oliveyra (Felippe Oliveira), bas gitarada Ueyn Metyuz (Wayne Matthews), zərb alətlərində isə Uçço Qaeta (Uccio Gaeta) onunla səhnəni paylaşacaqlar.

 

Mario Bakunanın konsertinə biletləri şəhərin kassaları və iTicket.az saytından əldə etmək olar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır