Məşhur platformadan Azərbaycana qarşı təxribat

12:21 13-07-2023 | icon 275 | İdman
Məşhur platformadan Azərbaycana qarşı təxribat

Şahmatçılarımız oynamaqdan imtina etdilər

 

Dünyanın ən böyük şahmat platformalarından biri olan “Lichess” (lichess.org) Azərbaycana qarşı təxribata yol verib.

 

Versus.Az xəbər verir ki, platformanın qeydiyyat bölməsində ölkə seçimləri arasında Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejimin adı da yer alıb. Həmin bölməni seçdikdən sonra hesabın qarşısında separatçı rejimin əski parçasının simvolu avtomatik əks olunur.

 

Məsələdən məlumatlı olan azərbaycanlı şahmatsevərlər “Lichess”ə etiraz məktubları göndəriblər. Belə məktubların sayının 500-dən çox olduğu bildirilir.

 

Eyni zamanda bir neçə azərbaycanlı məşhur şahmatçı da aksiyaya qoşulub. Aydın Süleymanlı, Vasif Durarbəyli, Nicat Abbasov, Gövhər Beydullayeva kimi qrosmeysterlərimiz məsələ həllini tapana qədər platformada oynamaqdan imtina ediblər.

 

Azərbaycan Şahmat Federasiyası (AŞF) da məsələyə müdaxilə edib. Federasiyadan bildirilib ki, “Lichess”ə etiraz məktubu göndərilib:

 

“Lichess” müstəqil platformadır. Heç bir Beynəlxalq Şahmat qurumunun və ya təşkilatın təmsilçisi deyil. Məsələ ilə bağlı Azərbaycan Şahmat Federasiyası adıçəkilən platformaya etiraz məktubu ünvanlayıb. Onlardan təmsilçiliyi olan ölkələrin adları siyahısında düzəliş edilməsi sərt şəkildə tələb olunub”.

 

Federasiyadan bildirilib ki, müvafiq düzəliş edilməyəcəyi təqdirdə, platformaya sanksiya tətbiq olunacaq:

 

“İyulun 29-dan avqustun 26-dək Bakıda şahmat üzrə Dünya Kuboku keçiriləcək. “Lichess”ə bildirilib ki, düzəliş olunmasa, Dünya Kubokunun partiyalarının həmin platformada yayımına icazə verilməyəcək”.

 

Eyni zamanda qurum Beynəlxalq Şahmat Federasiyasına (FIDE) məktub ünvanlayacaq və müvafiq qərarların qəbul edilməsi xahiş olunacaq.

 

Əlavə edək ki, “Lichess” AŞF-nin etiraz məktubuna absurd cavab verib. Qeyd olunub ki, bu, ölkə anlamına gəlməməlidir, sadəcə addır və platforma siyasətə qarışmır.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Fuad Muradov 7 kişini şantaj etdi və...

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI