Serxio Messi ilə eyni klubda oynayacaq

07:26 17-07-2023 | icon 361 | İdman
Serxio Messi ilə eyni klubda oynayacaq

“İnter Mayami” klubu ispaniyalı yarımmüdafiəçi Serxio Busketsi transfer etdiyini açıqlayıb. 

 

Məlumata görə, klub Busketslə iki illik müqavilə bağlayıb. İspaniya millisi ilə dünya çempionu olmuş və “Barselona”nın heyətində doqquz dəfə La Liqa birincisi olmuş futbolçu yaxın günlərdə yeni komandasına qoşulacaq. 

 

“Mən Serxio Busketsi “İnter Mayami” klubunda görməkdə şadam. Biz ilk gündən dünyanın ən yaxşı oyunçularını klubumuza cəlb etməyi qarşımıza hədəf qoymuşuq”, - “İnter Mayami” klubunun mətbuat katibi Xorxe Mas deyib. 

 

Qeyd edək ki, 2005-ci ildən “Barselona”da çıxış edən 34 yaşlı Buskets Katalon klubu ilə bu mövsümün sonunda bitən müqaviləni yeniləməkdən imtina edib.

 

Xatırladaq ki, “İnter Mayami” klubu bundan əvvəl argentinalı hücumçu Lionel Messini transfer edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK

Türk dünyasının deputatları Xankəndidə

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Fuad Muradov 7 kişini şantaj etdi və...