Nə məktəb var, nə yol, nə də su

08:15 17-07-2023 | icon 360 | Sosial
Nə məktəb var, nə yol, nə də su

İsmayıllı rayonunun Keşxurt kəndində içməli su, yol, mavi yanacaq, tibb məntəqəsi və məktəb problemi yaşanır.

 

Gözdən-könüldən uzaq olan bu kənd rayon mərkəzindən 30 km uzaqlıqda yerləşir.

 

Bu kənddə cəmi 14 ailə yaşayır. Kənd sakinləri su üzünə həsrət qalıblar. Kənddə bulaq olsa da, yay aylarında quruyur. Əlacsız qalan sakinlər ya su qabları ilə yeddi km uzaqlıqda yerləşən qonşu kəndə gedirlər, ya da suyu pulla almalı olurlar. Yolsuz kəndə uzaq məsafədən gətirilən suyun qiyməti də ikiqat artır. Susuzluq səbəbindən kənddə ağaclar məhv olur, fərdi təsərrüfatlar sıradan çıxır.

 

Kənddə problem tək su ilə yekunlaşmır. Burada nə yol, nə mavi yanacaq, nə tibb məntəqəsi, nə market, nə də məktəb var. Kənddə yaşayan uşaqlar təhsil almaq üçün başqa yerlərə üz tuturlar. Qalacaq yerləri olmayanlar isə ümumiyyətlə məktəb -  dərs nədir bilmirlər.

 

Kəndin icra nümayəndəsi Rüstəm Babayev deyir ki, sözügedən yaşayış məntəqəsində içməli su üçün bulaqlar var, amma yay aylarında azalma müşahidə olunur. Kənddəki yolu isə bələdiyyə öz daxili imkanları ilə hamarlayıb, çınqıl töküb. Elektrik xətlərinin qismən yarasız hissəsi yeni məftillərlə dəyişdirilib. Kənddəki uşaqların sayı az olduğundan 2-3 uşaq qonşu kənd məktəbinə göndərilir.

 

Ətraflı “Xəzər” TV-nin süjetini təqdim edirik:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bu, riyakarlığın və ikiüzlülüyün son həddidir"

Bakı metrosu ilə bağlı PİS XƏBƏR

Rusiyalı alimdən maraqlı AÇIQLAMA

Bu gün Beynəlxalq MÜƏLLİMLƏR GÜNÜdür

Peraki satılan yerdə İYRƏNC MƏNZƏRƏ

Taksilərlə bağlı YENİLİK

İstanbulda dəhşətli CİNAYƏT

Zəngilanda yeni yaşayış KOMPLEKSİ

"Müəllimlərin cəmiyyətin inkişafında rolu əvəzsizdir"

Türkiyədə bir İLK

Bakı Təşəbbüs Qrupundan BƏYANAT

Vaşinqtonun "məsələnin mənsiz həlli yoxdur" iddiası

Xızıda avtomobil AŞDI

Zakir Həsənov əmr İMZALADI

“Tütək səsi” filminin Tapdıqla Cümrüsü 50 il sonra...