“Sumqayıt” israilli futbolçunu transfer edib

06:32 20-07-2023 | icon 322 | İdman
“Sumqayıt” israilli futbolçunu transfer edib

2023/2024 mövsümünə hazırlıqları Türkiyənin Ərzurum şəhərində davam etdirən "Sumqayıt" klubu daha bir futbolçu ilə müqavilə imzalayıb.

 

"Gənclik şəhəri" təmsilçisi bildirib ki, komanda israilli yarımmüdafiəçi Roi Kahatı heyətinə cəlb edib.

 

Klubun düşərgəsinə qatılan oyunçu ilə 2 illik sözləşmə bağlanılıb.

 

Qeyd edək ki, Roi Kahat karyerası ərzində ölkəsinin "Makkabi Təl-Əviv", "Hapoel Bir Şeva", "Makkabi Yavne", "Makkabi Hayfa", "Makkabi Netanya", həmçinin Avstriyanın "Avstriya" (Vyana) klublarında forma geyinib. 31 yaşlı futbolçunun son komandası "İroni Kiryat Şmona" olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Fuad Muradov 7 kişini şantaj etdi və...

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri