“Dərin sükut” - SƏRGİ

06:50 21-07-2023 | icon 300 | Cəmiyyət
“Dərin sükut” - SƏRGİ

Reza Deqatinin Azərbaycanda çəkdiyi şəkillər də nümayiş olunur

 

Məşhur fotoqraf Reza Deqatinin fotolarından ibarət sərgiləri İsveçdə, eləcə də Fransanın əyalətlərində təşkil olunub. “Dərin sükut” adlı sərgisi ilə R. Deqati əsl sənətkar kimi sözünü, fikirlərini fotoları vasitəsilə ötürür. Onun reallığı əks etdirən fotoları qarşısında sözün heç yeri yoxdur. Bu sərgilər hər şeyi fotoların dili ilə çatdırır.

 

Həmişə olduğu kimi R. Deqati sərgilərində Azərbaycan, eləcə də onun işğalçılar tərəfindən yerlə yeksan edilmiş şəhər və kəndlərini əks etdirən fotoları da nümayiş olunur. Erməni işğalı dövründə vəhşicəsinə dağıdılmış şəhər və kəndlərimizi əks etdirən Deqati fotoları ictimaiyyətə əsl həqiqətləri çatdırır.

 

Yeni sensasiya qarşısında, lal trans, hipnoz, daxili tüğyan hisslərinə qərq olmuş, insan qəlbinin dərinliklərinə yol açan bu fotolar insanı ovundurmaq üçün göz yaşları və dərin sükutdan başqa arqument tapmır. Reza bu fotoları vasitəsilə insana özünün ən yaxşı hisslərinə qovuşmağı təklif edir.

 

Uzun illərdir dünyanın müxtəlif qaynar nöqtələrindən çəkdiyi fotolarla Reza humanist baxışını beynəlxalq media, eləcə də kitablar, sənədli filmlər, konfranslar, seminarlar və sərgilər vasitəsilə Fransada və xaricdə bölüşür. O, 1979-cu ildən dünyada baş verən sarsıntıların əsl şahididir. Reza “sülh müxbiri” titullu müharibə müxbiridir. Fotoqrafiya doğma ölkəsindən didərgin düşmüş Rezanı həyata bağlayan yeganə teldir.

 

Reza Deqati Azərbaycanın 30 illik işğal dərdini də fotoları vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırır.

 

Reza sərgiləri çərçivəsində təşkil etdiyi konfranslar vasitəsilə də Azərbaycan reallıqlarını sənətsevərlərə ötürür. Onun bu ilki sərgilərinin komissarları Raşel Deqati və Fransada sərgilər kuratoru Pyer Bonciovanidir.

 

R. Deqati sərgiləri yay fəsli ərzində yerli ictimaiyyət və xarici turistlərin ən sevimli ziyarət məkanı olur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ