“Prezident dünyaya mesajlar verir ki, Ortaq Dəhliz xətti işləməlidir”
Rauf Məmmədov: "Ən yaxşı yol İranın, Rusiyanın və Fransanın da bu prosesə qoşulmasıdır"
“Azərbaycanın mövqeyi dəyişməzdir. Prezident İlham Əliyevin 44 günlük müharbədən sonra dediyi sözlər, ondan sonra keçirilən bütün forumlarda və tədbirlərdə bir daha vurğulanır”.
Versus.Az xəbər verir ki, bunu politoloq Rauf Məmmədov Qlobal Şuşa Forumunun əhəmiyyəti və oradan dünyaya verilən müsajları təhlil edərkən bildirib.
R.Məmmədov Forumda başlıca xətt Prezidentin Orta Dəhliz məsələsini gündəmə gətirməsi, iqtisadi səmərəliliyini vurğulamasıdır:
“Prezident son bəyanatında Azərbayanın regionda güc olduğunu, eyni zamanda Avropanı Asiya ilə birəşdirən bir mərkəz olduğunu gündəmə gətirir. O, Azərbaycanın əhəmiyyətini önə çəkməklə ÇİN, ABŞ, Rusiya, İran, Böyük Britaniya kimi güc dövlətlərinə göstərmək istəyir ki, Azərbayan Türkiyə ilə birlikdə öz mövqeyində qətiyyətlə dayanır və bundan geri çəkilməyəcək. Prezident dünyaya mesajlar verir ki, Ortaq Dəhliz xətti işləməlidir. Zəngəzur yolu məsələsi öz həllini tapmalıdır. Bəyan edir ki, bu, Orta Dəhlizin açılmasında maraqlı olan güclər üçün sərfəlidir”.
Politoloq eyni zamanda bildirib ki, Forumda Azərbaycanın Türkiyə ilə əməkdaşlığı, Şuşa Bəyannaməsi vurğulanır, Azərbaycanın hərbi gücünün artması gündəmə gətirilir. Onun fikrincə, bununla da həm İrana, həm də Rusiyaya işarə vurulur ki, sözümüzün arxasında dayanırıq və arxada gücümüz var. Bizi heç bir şeylə qorxudub, mövqeyimizdən çəkindirə bilməsiniz, biz istəklərimizə nail olacağıq.
Politloloq hesab edir ki, ən yaxşı yol İranın, Rusiyanın və Fransanın da bu prosesə qoşulmasıdır. Fransanın Ermənistana gəlib oradan proseslərdə iştirak etməsi çətindir. Ona görə də Rusiya ilə danışıqlara gedir. Rusyanın, İranın vasitəsi ilə özünün maraqlarını həyata keçirməyə çalışır:
“Azərbaycan Prezidenti bu çıxışı ilə göstərdi ki, bizim iradəmizdən kənar bu işləri həyata keçirmək mümkün deyil. Biz öz mövqyimizdə dayanırıq, biz deyən olacaq. Bir sözlə, bu Forumda Qarabağ ətrafında maraqlı olan güclərə bu siqnallar ötürüldü. Təbii ki, Azərbaycanın mövqeyi mühümdür. Azərbaycanın Türkiyə ilə yaxınlaşması və bu aspektdən çıxış etməsi Rusiya. İran, Fransanı qorxudur”.
R.Məmmədov qeyd edib ki, Rusiya, İran, Fransa kimi dövlətlər Azərbaycanda zəif nöqtə axtarmağa çalışacaqlar. Amma Prezident də göstərdi ki, bizdə heç bir zəiflik yoxdur, istəsəniz də buna nail ola bilməyəcəksiz:
“Bununla yanaşı Prezident onu demək istəyir ki, biz lazım olsa müharibə də edə bilərik. Ancaq biz məsələləri müharibə yölu ilə deyil, sülh, iqttisadi maraqların reallaşması ilə həyata keçirilməsini istıyirik. Eyni zamanda “İRNA agentliyinin açılması” məsələsində, prezident iranlı jurnalistə “siz uzaqdasız səsiniz eşidilmir” -deməklə, ona işarə etdi ki, “özünü kənara çəkmə, gəl bu əməkaşlığa qoşul və hamının maraqları sülh yolu ilə həllini tapsın”.
Politoloq bütün bunlarla yanaşı imperialist maraqlarından əl çəkməyən güclərin başda Vatikan olmqla, bu xəttlə barışmaq istəmədiyni qeyd edib:
“İndi Azərbaycanın Britaniya, anqlosaksonlarla əməkdaşlığı var. Türkiyə də bu qrupdadır. Təbii ki, Azərbaycan burda tək deyil və böyük dünya üzrə iki böyük qlobal güclərin çatışması gedir. Azərbaycan da bu klublardan birində- transanalistlər qrupundadır. Qaşı tərəf isə liberallar qupundadır. Təbii ki, bu, qarşıdurma belə davam etməyəcək. Qarşıda böyük məsələlər durur. Rusiya Ukrayna müharibəsi yeni bir mərhələyə keçir. Ola bilər ki, münqişə müəyyən qədər dondurulsun. Münaqişənin davamı olaraq Rusiya ilə Çin arasında yeni münqişə yarada bilərlər. Rusyanın Qafqazda da belə bir münaqişə yaratmaq istədiyini deyənlər də var. Ancaq Rusyanın Qafqaza yeni münaqişə ocağı yaratmağı ağlabatan deyil. Çünki burda Türkiyə faktoru var. Cənubi Qafqazda Azərbaycan -Türkiyə faktoru güclüdür. Rusiya burda ikinci cəbhə açmaqla özünü məhvə yuvarlaya bilər. Eyni zamanda Şimali Qafqazda gərgin olan vəziyyəti alovlandıra bilər”.
Siyasi ekspert hesab edir ki, Moskva görüşündə Rusyanın mövqeyinin necə olacağı prosesə aydınlıq gətirəcək:
“Rusiya Qarabağda qalmaq istəyir və buna görə də separatçıları dəstkləyir. Rusiya bilir ki, Ermənistandan ona dəstək verilmir və sabah onun Gümrüdəki hərbi bazası ordan çıxardıla bilər. Rusiya başa düşür ki, beləliklə Cənubi Qafqazdan çıxa bilər. Çıxmamaq üçün Qrabağdakı erməniləri özünə əsas sosial baza kimi saxlayır. Mən deyərdim ki, Rusiya Xankəndi ermənilərini özünə girov saxlayır. Hətta emənilərin ordan qaçmağa çalışdığı barədə xəbərlər yayılır. Ermənilər başa düşürlər ki, sabah Rusiya onları qırğına verə bilər. Rusiya erməniləri qurban vermək bahasına olsa da, Qafqazan çıxmamaq üçün min bəhanə axtaracaq. Ancaq Ərdoğan öz çıxışında dedi ki, Rusiya sülhməramlılarının 2025-ci ildə vaxtı bitir və Rusiya gedəcəkdir. Ola bilər ki, Qarabağ ermənilərini özümüzə tərəf çəksək, erməni vətəndaşları da Rusiyaya etiraz etsələr sülhməramlıların orda qalmasına ehtiyac olmayacaq. Rusiya təxribatlar törətsə, Azərbaycanla Türkiyənin açıq təhdidiilə üzləşmək məcburiyyətində qalacaq. İndi Rusiyanın hansı mövqeni sərgiləməsindən çox şey asılıdır”.
LƏMAN
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"