"Azərbaycanı qıcıqlandıran bəyanatların başqa məqsədi var"
Natiq Cəfərli: “Onların eyni masada hüquqi çərçivədə fəaliyyət göstərməsi mümkünsüzdür”
“ATƏT-in Minsk Qrupunun bərpa olunması mümkün deyil. Çünki texniki olaraq Fransanın, Rusiyanın, ABŞ-ın eyni masada oturub hüquqi çərçivədə fəaliyyət göstərməsi mümkünsüzdür”.
Versus.Az xəbər verir ki, bunu siyasi şərhçi Natiq Cəfərli Qərbin, Avropanın vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi məqsədi ilə yaradılan və heç bir işə yaramayan ATƏT-in Minsk Qrupunu canlandırmaq həvəsi ilə bağlı sərgiədikləri mövqe ilə bağlı bildirib.
N.Cəfərli qeyd edib ki, əslində Qərb, Avropa dairələri tərəfindən Azərbaycanı qıcıqlandıran bəyanatların başqa məqsədləri var. Onun fikrincə, Qərbin, Avropanın hansı cəfəng oyununa “qurban” verildiyimizin səbəblərin bir də bu tərəfdən baxıb, anlamaq lazımdır.
Qərbin əsas məqsədi Rusiyanı Cənubi Qafqazdan çıxartmaqdır. Qərb, Avropa Ermənistanı “dəstəkləyirmiş” kimi görüntü yaratmaqla Rusiyanın Ermənistandakı dayaqlarını sarsıtmağa çalışır:
“Haqsızdırlar, hüquqsuzdurlar, Azərbaycanın haqlı mövqeyini anlamaqda problem yaşayırlar və bu da təbii olaraq Azərbaycan tərəfinin etirazına, narazılığına səbəb olur. Amma məsələnin kökündə Rusiyanın Cənubi Qafqazdan çıxarılmasına hazırlıq dayanır".
N.Cəfərli hesab edir ki, Qərb, Avropa regionun indiki gərginliyi fonunda Azərbaycanın Rusiya ilə münasibətlərinin hansı formada olduğunu bilir:
“Ona görə də Ermənistanda antirusiya əhval -ruhiyəsini və eləcə də Rusiya sülhməramlıları ilə bağlı narazılığı dərinləşdirərək Rusiyanın bölgədə moderator ola bilməyəcəyini göstərmək istəyirlər”.
TAHİRƏ
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"