400 tonluq erməni TIR-ları hansı havaya oynanılır?

19:15 27-07-2023 | icon 365 | Siyasət
400 tonluq erməni TIR-ları hansı havaya oynanılır?

Ermənistanın 400 tonluq “humanitar yardım” TIR-ları Laçın nəzarət buraxılış postunun qarşı tərəfində gözləyir. Verilə məlumatlara görə, “Humanitar yardımın” Qarabağa çatdırılması qərarı dünən qəbul edilib. Və dünəndən etibarən Azərbaycan silahlı qüvvələri ehtimal edilən təxribatın qarşısını almaq üçün hazırlıq vəziyyətinə gətirilib. Ermənistanda fəaliyyət göstərən Aİ-in “mülki” missiyasının da ərazidə olması diqqət çəkir. Üstəlik, Azərbaycandan TIR-ların buraxılmaası istənilir. Hansı haqla?!. Nə baş verir: Ermənistan və havadarları hansı topun arxasınca qaçır, yenə hansı oyunu qururlar?

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli açıqlamasında bildirib ki, Ermənistan Qarabağa “humanitar yardım” göndərməklə şou göstərmək istəyir.

 

Eyni zamanda nümayiş etdirmək istəyir ki, Azərbaycan Qarabağdakı erməniləri blokadaya alıb və zəruri sosial ehtiyaclarını təmin etməyə imkan vermir. Beləliklədə, faktları təhrif edərək, beynəlxalq ictimaiyyətin diqqətini Qarabağa yönəltmək istəyir.

 

"Avropa İttifaqının Laçın-Xankəndi yolunun açılması ilə bağlı çağırışı təssqfedicidir"

Politoloq heç şübhəsiz ki, bütün bunların əsassız cəhdlər olduğunu deyib. O, eyni zamanda bir sıra dövlətlərin, o cümlədən Avropa İttifaqının Laçın-Xankəndi yolunu açmağa və humanitar yardıma şərait yaratmaqla bağlı çağırışlarının da təəssüf doğurduğunu vurğulayıb:

“Beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, qəbul edir. Ancaq bununla yanaşı Laçndan humanitar karvanın daxil olmasna şəraitin yaradılması ilə bağlı Azərbaycanı nələrdəsə ittiham edirlər. Bu, ilk növbədə ölkəmizin həmin ərazilər üzərində suverenliyinə şübhə yaradan açıqlamalardır və həmin ölkələrin ərazilərimizin bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir. Təbii ki, belə bir mövqe bizim tərəfimizdən qəbul edilə bilməz. Azərbaycanın əraziləri üzərində suverenlik hüquqları var və biz o hüquqlaımızdan istifadə edərək Laçında nəzarət buraxılış məntəqəsi qurmuşuq və ölkəmizə daxil olmaq istəyənlər bunu qanuni yolla etməlidir”.

M.Məmmədli digər bir tərəfdən qeyd edib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır, onların ehtiyacları da dövlət tərəfindən ödənməlidir:

“Bunun üçün də dövlətimiz onlara alternativ - Ağdam -Xankəndi younu təklif edib. Bu təklifin də məqsədi onan ibarətdir ki, ermənilər o yol vasitəsi ilə öz ehtiyacların ödəsinlər. Ancaq təəssüf ki, ölkəmizin humanist, konstruktiv təklif etməsinə baxmayaraq Ermənistan, onu himayə edən dövlətlər, müxtəlif dairələr fərqli mövqe tutur. Bütün bunlar nəticədə regionada vəziyyətin gərginləşməsinə səbəb olur. Amma istənilən halda heç bir dövlət Azərbaycanla təhdid dili ilə danışa bilməz. Azərbayan ərazi bütövlüyü sərhədərin toxunuzmağlı bizim üçün “qırmızı xəttdir” və bu xəttin heç bir dövlət tərəfindən keçilməsinə imkan verə bilmərik”.

 

"O TIR-lar Laçın postundan keçə bilməyəcək"

Politoloq Turan Rzayev bunu Ermənistanın növbəti təxribatı, siyasi şousu adlandırıb.

 

Politoloq qeyd edib ki, son həftələr erməni lobbisi və diasporunun, habelə separatçıların bu yöndə “aktivləşməsi” diqqət çəkir. Lakin yaxşı bilirlər ki, o TIR-lar Laçın postundan keçə bilməyəcək:

“Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolu istifadə oluna bilər. Yolun texniki və təbii göstəriciləri, xüsusilə işğaldan sonra yenidən qurulmaqda olan Bərdə-Ağdam yolu malların daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yaradır”.

 

Politoloq hesab edir ki, qarşı tərəfin bunu qəbul etməməsi və yük maşınlarını Laçın postuna göndərmələri “Azərbaycan humanitar yardımların keçidinə imkan vermir” rəyini yaratmağa hesablanıb:

“İrəvanın Laçın postunun qarşısında sərgilədiyi “humanitar yardım” şousu nəticə verməyəcək. Bunun iki əsas səbəbi var. Birincisi, Azərbaycan Qarabağ ermənilərini blokadada saxlamır. Onların bütün ərzaq və digər problemlərini özü həll edə bilər. Bu, daha öncədən ən yüksək səviyyədə təklif edilib. Qəbul etməyən qarşı tərəfdir.
İkincisi, Azərbaycan 400 ton “humanitar yardım” yüklənmiş TIR-ların ölkəyə girişinə də problem yaratmır. Bunun sadəcə Laçın postundan olmasını istəmir. Əgər rəsmi Bakı heç bir alternativ imkan yaratmasaydı, beynəlxalq təzyiq riski o zaman ola bilərdi. Hesab edirəm, bu iki amil Ermənistanın “humanitar yardım” şousunun nəticəsiz yekunlaşacağını deməyə əsas verir”.

 

Politoloq rəsmi Bakının cavabının aydın və qətiyyətli olduğunu önə çəkib:

“Rəsmi Bakı birmənalı şəkildə bildirir ki, “humanitar yardım” yüklənmiş TIR-ların Laçın postundan keçməsi mümkün deyil. Alternativ yol kimi Ağdam-Xankəndi marşrutu təklif edilir. Bundan başqa, Azərbaycan ehtimal təzyiqlər fonunda özü ləvazimatlar yükləndiyi TIR-ları Ağdam yoluna toplayaraq cavab verə bilər. Yəni rəsmi Bakı geri addım atmayacaq. Prezidentin köməkçisi Hikmət Hacıyevin də dediyi kimi: Oyun bitdi!”

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...