Regionda sülhün tam bərqərar olunmasında maraqlıdırlarsa...

19:28 27-07-2023 | icon 325 | Geopolitika
Regionda sülhün tam bərqərar olunmasında maraqlıdırlarsa...

Qabil Hüseynli: “Qarabağdakı separatçılara Minsk Qrupu ilə “can” verməyə çalışsalar da, alınmayacaq”


“Minsk Qrupunun fəaliyyətinin bərpası cəhdi Qərbin, Avropanın region maraqlaını ödəmək üçün etdiyi manevrlərdir. Bu qurumun Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Xüsusən də 30 il müddətində işğalçıya qarşı sərt tədbirlərin görülməsi ilə bağlı hər hansı çağırışı olmayan bu qurumun Azərbaycan üçün qəbuledilməzliyi qərarı artıq çoxdan verilib. Yaxşı olardı ki, Avropa, Qərb təşkilatları Ermənistanın Azərbaycanda törətdiyi dağıntıları aradan qaldırmaq, erməni cinayətləri açmaq, dəyən zərəri ödəmək üçün tədbirlər planı düşünsünlər. Torpaqlarımızı özümüz işğaldan azad etdik, yerdə qalan məsələləri də özümüz həll edəcəyik”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Qabil Hüseynli Avropa və Qərbin Minsk Qrupunu yenidən canlandırmaq cəhdləri ilə bağlı açıqlamasında bildirib.

 

Q.Hüseynli hesab edir ki, Minsk Qrupunda təmsil olunan dövlətlər, qrup halında olmasa da, bu və ya digər şəkildə Ermənistanla danışıqlarda vasitəçi kimi iştirak edirlər. Onun sözlərinə görə, əgər regionda həqiqətən də sülhün tam bərqərar olunmasında maraqlıdırlarsa, Ermənistanı sülh müqaviləsinə imza atıb, silahlı qüvvələrini ərazilərimizdən çıxarmalarını istəyirlərsə, imzalanmış sənədlərə əsasən öhtəliklərini icra etməlidirlər.

 

Politoloq qeyd edib ki, Qarabağdakı separatçılara Minsk Qrupu ilə əlavə “can” verməyə çalışsalar da, alınmayacaq:

“Ölkə prezidentinin son bəyanatları, ermənilərin bu şanslarını tamamilə sıfıra endirib və sonuncu xəbərdarlıq xarakteri daşıyır. Bu qüvvələr bölgə reallıqlarını heçə sayaraq öz maraqlarını yürütməyə çalışırlar. Məhz özünün Cənubi Qafqaz regionunda varlığını təmin etməyə çalışan Avropa, ABŞ əlindən gələn bütün vasitələrdən istifadə edəcək. Həmin qurumlar Ermənistan-Azərbaycan sərhəddinə “missiyalar” göndərməklə yanaşı, həm də prosesləri nəzarətə götürmək üçün “turist” - ATƏT-in Minsk Qrupunu da bərpa etməyə çalışır. Bunun üçün də regionda gərginliyin saxlanılması, eləcə də Azərbaycana təsir etmək üçün müxtəlif bəhanələr uyduran erməni separatçılarının “humanitar böhran” sevdasının arxasınca düşürlər. Görünən odur ki, Qərb, başda Fransa olmaqla, Avropa ermənipərəst mövqeyindən, ikilistandartlarından əl çəkmir. Amma şübhəsiz ki, Azərbayanın da qətiyyətli mövqeyi ortada. Tezliklə ermənilər bunun peşmənlığını çəkəcəklər”.

 

Q.Qüseynli artıq 30 illik işğal dövrünün geridə qaldığını, 44 günlük müharibədən sonra yeni reallıqların yarandığını, Azərbaycan cəmiyyətində bu mövzu ilə bağlı tam həmrəyliyin mövcudluğunu qeyd edib.

 

Politoloq eyni zamanda mövcud reallığa uyğun yeni addımların planlaşdrıldığını önə çəkib:

“Birinci addım, danışıqlar mərhələsindən keçir. Bu mərhələdə əsas addım, Rusiyanın bölgədəki fitnə-fəsadlarına son qoymağı bacarmaqdır və Rusiyanın sülhməramlı qüvvələri adı atında bölgəyə yerləşdirdiyi bu silahlı qüvvələrin proseslərə müdaxiləsinin qarşısını almaqdır. Azərbaycan bu iş uğrunda mübarizə aparır və prosesi uğurla nəticələndirmək üçün əlində kifayət qədər imkanlar yaranıb. Bu imkanları yaxın vaxtlarda reallaşdırmaq mümkün olacaq. Minsk Qrupu kimi fəaliyyətsiz bir qrupun canlandırılması bu prosesin qarşısında maneə yarada bilər. Yəni biz suverenliyimizin tam bərpası üçün bütün vasitələrlə çalışdığımız halda, Minsk Qrupunun canlanmasına heç bir zərurət yoxdur”.

 

Q.Hüseynli bütün bu reallıqlar fonunda qeyd edib ki, danışıqlar dayanmış kimi görünə bilər, amma Azərbaycanın erməni icmasının müəyyən nümayəndələri ilə kantaktları var:

“Danışıqlar aparılır. Bu danışıqları tam uğurlu qənaətbəxş hesab etmək olmasa da, bu da onu göstərir ki, Azərbaycan Qarabağın ermənilər yaşadığı ərazilərə müəyyyən dərəcədə nəzarət etməyi bacarır. Yerli əhali ilə kontaktlar qurmağı bacarır və bunun da müəyyən əhəmiyyəti olacaq. Üstəlik separatçı liderlərin verdiyi vədlərin hər gün bir az da puça çıxması əhalini Azərbaycan cəmiyyətinə ineteqrasiya ümidlərini, istəklərini reallaşdırmağa daha çox yaxınlaşdırır və mən şübhə etmirəm ki, bu çox da uzaq olmayan zamanda baş verəcək. Və Qarabağda yaşayan erməni icması Azərbaycanın suverenliyini birmənalı qəbul edəcəkdir. Proseslər heç bir xarici müdaxilə olmadan həll olunacaq”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ