AMİP QEYDİYYAT-LƏĞV astanasında
Məlum olduğu kimi “Siyasi Partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq Ədliyyə Nazirliyi tərəfindən partiya üzvlərinin reyestr məlumatlarının yoxlanılması prossesi həyata keçirilir.
Versus.Az xəbər verir ki, Ədliyyə Nazirliyi artıq AMİP-in reyestr məlumatlarının yoxlanılmasını başa çatdırıb və partiyaya bununla bağlı məktub ünvanlayıb.
Ədliyyə Nazirliyinin təqdim etdiyi məktubdan məlum olur ki, 65 rayon ərazisindən təqdim olunan 7212 partiya üzvü haqqında məlumatların yoxlanılması zamanı vəfat etmiş, texniki səbəblərlə adı təkrar olunan, AMİP üzvü olmadığını bildirən və adları başqa partiyaların təqdim etdiyi siyahılarla üst-üstə düşən şəxslərin ümumi sayı təqribən 1000 nəfər olmuş, 3000-dən artıq şəxsin isə reyestr məlumatlarında dəqiqləşdirmələrin aparılması zəruri hesab edilmişdir. Ancaq bu heç də yalnız yerdə qalan 3200-ə yaxın üzvün AMİP üzvlüyünü təsdiqlədiyi anlamına gəlməməlidir. Belə ki, reyestr məlumatların dəqiqləşdirilməsi tələb olunan şəxslərin də əksəriyyəti partiya üzvü olduğunu təsdiqləyib.
Reyest məlumatlarında dəqiqləşmələr aprılacaq partiya üzvlərinin sayının AMİP-in reyest məlumatlarının təsdiqi üçün yetərli olacağını nəzərə alaraq partiya rəhbərliyi tərəfindən partiya üzvlüyünü təsdiqləməyən şəxslərlə bağlı araşdırmanın sonraya saxlanılması məqbul hesab edilmişdir.
Müvafiq düzəlişlər və dəqiqləşmələr aparıldıqdan sonra reyestr məlumatların təsdiqi üçün siyahı Ədliyyə Nazirliyinə təqdim olunacaq.
LƏMAN
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"