Siyasi ponaramanı bulandırmaq istəyən fürsətcil siyasətçilər və…

13:36 31-07-2023 | icon 541 | Siyasət
Siyasi ponaramanı bulandırmaq istəyən fürsətcil siyasətçilər və…

Ramil Hüseynov: "Millətin yetkin bir nümayəndəsinin kimlərinsə təsiri altına düşüb cəzalanmasını ürəkağrısı ilə seyr edirəm"

 
 

 

Xəbər verildiyi kimi 23 iyul tarixdə Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADRP) sədri Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 maddəsi -saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. ADR sədrinin FETÖ ilə əlaqəli olduğu ehtimalı irəli sürülür. Partiya sədrinin belə bir ittihamla təqsirli bilinməsi fonunda mövcud ictimai-siyasi ponaramanın xarici və FETÖ təsirlərindən danışılır. Eləcə də, ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın Azərbaycandakı səfirliklərinin, Avropa İttifaqı nümayəndəsinin şübhəli şəxs qismində saxlanılan Qubad İbadoğlunun müdafiəsi ilə bağlı ardıcıl bəyanatları diqqət çəkir. İbadoğlu bir partiya sədri olaraq dünya dövlətlərinin diqqətini hansı xüsusda cəlb edib, burda başqa maraqlar ola bilərmi? Siyasi camiyə bu kimi məsələlərə hansı reaksiyanı verməlidir, yaxud, Azərbaycanda siyasi partiyaları arasında müxtəlif bəhanələrə ölkəmizə qarşı yönələn  təzyiq və təsirlərin qarşısını almaq, “5-ci kalonun”  daxili siyasətimizə təsirlərini azaltmaq üçün hansı addımlar atılmalıdır?

 

Vəziyyəti Versus.az-a təhlil edən Yeni Xətt Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin (YXMSTM) sədri Ramil Hüseynov ilk növbədə Q.İbadoğluna qarşı irəli sürülən şübhəli ittihamlarla bağlı qəti mövqenin  istintaqdan sonra  bildirilməsini daha doğru hesab edib. Eyni zamanda millətin yetkin bir numayəndəsinin kimlərinsə təsiri altına düşüb cəzalanmasını ürək ağrısı ilə seyr etdiyini önə çəkib.  

 

R.Hüseynov ADP sədrini 2002 ci ildən, qeyri- hökumət sektorunda qrant lahiyələrinin fəal iştrakçısı və istifadəçisi kimi tanıdığını, məlum həbsdən sonra ictimai-siyasi vəziyyətin  indiki geosiyasi duruma adekvat olmadığını deyib:

 

“Siyasi ponaramanı bulandırmaq istəyən  fürsətcil siyasətçilər  keçmiş siyasi xaraktersizliyini ortaya qoyublar. Məsələyə milli maraqlar konteksində  nəzər salanda görünür ki, sanki bu siyasi avantüristlər əllərinə şans düşən kimi  həssas dönəmdə  dövlətə qarşı siyasi üsyan qaldırmaq üçün  növbəyə düzülür. Biz bu cür  səmərəsiz fəaliyyətin çox şahidi olmuşuq”.

 

R.Hüseynov bildirib ki, əgər “İbadoğlu -FETÖ” məsələsi rəsmən təsdiqlənərsə,  bunun “partiyalara təsiri”ndən yox, daha ”irəli gedən” siyasi mənzərənin  yarandığının şahidi olacağımzı deyə bilərik. Xarici səfirlərin “narahatlığına” gəlincə, “bu sabun köpüyüdür” deyə, ekspert bildirib:

 

“Xarici ölkələrin bu xüsusda obyektiv yanaşmalarına  o zaman inanardıq ki,  Azərbaycanın dövlət hüquqları pozulan zaman  həmin demokratik dəyərləri əllərində bayraq edənlər onu müdafiə edib səmərəsiz bəyanatları ilə terrorçu bir  dövlətə dəstək  verməzdilər. Xarici səfirlər öz siyasi maraqlarını  həyata keçirmək üçün  belə hadisələrlə manipulyasiya edir, mövsümü olaraq təsir dairəsinə saldıqları insanların “könlünü almaq” üçün heç bir xususi əhəmiyyəti olmayan canfəşanlıq nümayiş etdirirlər. Artıq bəzi siyasilər həmin bəyanatı verən səfirliklərin təmsil olunduğu ölkələrin Azərbaycana qarşı mövqeyinin kəskin dəyişdiyi iddialarını irəli sürür. Bu həmin siyasətçilərin mürəkkəb siyasət elmindən xəbəri olmayanların düşüncəsidir.  Ölkədə siyasətin mürəkkəbliyini dərk edən siyasilər bu oyunların qaynaqlarını dərk edir. Belə bir vəziyyətdə ağıllı siyasətçilər ölkədə sabitliyin pozulmasına imkan verməyəcək”.

 

Ekspert hesab edir ki, indiki gərgin vəziyyətdə “beşinci kolon” yox, kolonlar  hərəkətə keçmək üçün zəmin yaratmaq istəyirlər:

 

“Amma dövlətimizin huquq -mühafizə orqanları peşəkar  sistemli fəaliyyəti, o cümlədən cəmiyyətimizin dəstəyi ilə bu çirkin planların qarşısını alacaq”.

 

R.Hüseynov bildirib ki, Qarabağa görə Azadlıq Meydanına toplananlar, ərazi bütövlüyümüz, müstəqilliyimiz  üçün mübarizə aparanlar bəzən bizə torpaq dərdini yaşadanlarla əməkdaşlığa cəhd edir:

 

“Biz indiki halda dövlət olaraq ideya və prinsiplərimizin doğruluğunu  ictimai şüura  bəşəriyyətə çatdırmaq üçün bütün mexanizm və vasitələrdən istifadə etmə strategiyasını dəstəkləməliyik. Siyasətdə dövlətin təməl prinsiplərinə zərbə vurmaq  kimi bir maddə yoxdur. Bu gün biz vətənimizin inkşafı naminə atılan bütün addımlara dəstək olmalı,gələcək nəsillərə güclü dövlət əmanət etmək üçün ambissiyaları kənara qoymalıyıq”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ