Qərbin ikili standartları qəlb bulandırsa da...

08:49 17-08-2023 | icon 334 | Geopolitika
Qərbin ikili standartları qəlb bulandırsa da...

Azərbaycan öz siyasətini özünün yaratdığı reallıqlara əsaslanaraq yeridir 

 

44 günlük savaşdan sonra da Azərbaycanın rəsmi sülh təklifləri ermənilərin revanşist ruhuna təsir göstərmirsə. Azərbaycanın öz dövlət haqlarını, insan hüquq və azadlıqlarını təkbaşına qorumaqdan başa çarəsi qalmr. Azərbaycan BMT TŞ-nın məlum qətnamələrini, son üçtərəfli sazişi də əsas tutaraq öz ərazilərində sülhü bərqərar etməli, regionda iqtisadi inkişafın, təhlükəsizliyin, dövlət sərhəd bütövlüyünüyn təminatçısı və əsas məsuliyyət yükünü daşıyan tərəf olaraq problemin həllinə nail olmaq üçün bütün vasitələrə əl atmaq məburiyyətindədir. Lakin Azərbaycanın sülh təklifləri separatçılar tərəfindən qəbul edilmir. O zaman siyasi dialoqdan anlamayan separatçılara başqa hansı “təklifimiz” nə ola bilər?

 

Beynəlxalq təşkilatların heç bir təpkisi ilə üzləşməyən erməni separatçı rejim, yenidən güclənmək və yenidən işğal siyasəti həyata keçirməklə torpaqlarımıza sahib çıxmaq niyyətini ifadə edirsə, üstəlik Azərbaycana qarşı saxta "humanitar böhran" təzyiqi artırsa, regionda maraqlı olan güclərin erməni kartından riyakar formada istifadə etməsi hadisələrin sonrakı siyasi axarını hansi istiqamətə yönəldir?

 

 

Versus.az siyasi ekspertlərin təhlilləri əsasında məsələyə aydınlıq gətirib.

 

 

 

“Dünyada və bölgədə yaranmış vəziyyət hədəflərimizə çatmağımız üçün münbit şərait yaradıb

 

“Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, biz Ermənistanın, yaxud Qarabağ separatçılarının Azərbaycanın şərtlərini danışıqlar yolu ilə qəbul edəcəyini gözləməməliyik:

 

“30 illik işğal müddəti göstərdi ki, danışıqların heç bir nəticəsi yoxdur. Bu müddət ərzində aparılan danışıqlar zamanı ermənilər nə torpaqları işğaldan azad etdilər, nə də sülhə gəldilər. Azərbaycan da məcbur qalıb hərbi yola məsələnin böyük bir hissəsini həll etdi. Qarabağ müharibəsində biz əsl reallıqları düşmənə bir daha anlatdıq. Bu bir daha onu sübut edir ki, Ermənistan və separatçılar qarşılarında güc görməsələr bizimlə hesablaşmayacaqlar. Demək terrorçu, separatçı quruma qarşı təzyiqi davam etdirməliyik”.

 

Politoloq eyni zamanda qeyd edib ki, Rusiya müəyyən təxribatlarla bölgədə narahatlıq yaratsa da, qarşımızda dayana bilməz:

 

“10 noyabr üçtərəfli bəyanatın bir bəndi bizə o imkanı verir ki, 2 ildən sonra rus hərbi kontingentini Qarabağdan yola sala bilək. Ermənistanın isə üzərinə götürdüyü üç əsas məsələ var: silahlıların ərazilərimizdən çıxarılması, sərhədlərin müəyyənləşməsi, Zəngəzur yolunun açılması. Bunlar həll olunmamış qalsa da, narahatlıq doğurmur. Bizim üçün əsas məsələ Qarabağın tamamən Azərbaycanın nəzarətinə götürülməsidir. Beynəlxalq aləm də bu prosesdə bizə maneə olmayacaq. Düzdür, Azərbaycan əleyhinə müəyyən açıqlamalar var. Amma biz beynəlxalq aləmin Azərbaycanın ərazi suverenliyinin təminatında bizə dəstək olacağını gözləməli deyilik. Çünki biz bu 30 ildə beynəlxlq aləmin ikiüzlü siyasətini gördük”.

 

E.Şahinoğlu hesab edir ki, problemin həlli özümüzün qəti  hərəkəti, eləcə də Türkiyə ilə strateji əmkdaşlıq istiqamətində atılacaq addımlarla irəliləyəcək:

 

“Rusiya Prezidentinin ayın sonunda Türkiyəyə səfəri olmalıdır. Böyük ehtimalla, Ərdoğan Rusiynın üçtərəfli sazişdə verdiyi vədi yerinə yetirməsi ilə bağlı növbəti xatırlatmanı edəcək. Çünki biz Qarabağda Rusiya ilə qarşıdurma istəmirik. Biz erməni silahlılarını tərksilah etməli, Qarabağın Azərbaycan qanunları ilə işləməsini təmin etməliyik. Heç kəs bu işdə bizə maneə olmamalıdır”.

 

Politoloq müəyyən gərginliklr olsa da, hesab edir ki, dünyada və bölgədə yaranmış vəziyyət bizim bütün hədəflərimizə çatmağımız üçün münbt şərait yaradıb.

 

 

 

“Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz istəklərinə nail olur və…"

 

Politoloq Natiq Cəfərli hesab edir ki, Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarla, Xankəndi və onun ətrafında yaşayan ermənilər, separatçı qurum arasında gedən danışıqlar fərqli dəyərləndirilməlidir. Onun sözlərinə görə, Ermənistan danışıqlar zamanı Azərbaycanın ərazi bütövlüyünü sözdə olsa da tanıyıb və bu da sənədlərdə öz əksini tapmalıdır. Ekspert böyük ehtimalla bu sənədin ilin sonuna qədər imzalanacağını, bunun da böyük sülh sazişinin tərkib hissəsi kimi böyük əhəmiyyətə malk olacağını vurğulayıb.  

 

N.Cəfərli Xankəndi və onun ətrafında yaşayan ermənilərin gələcəyi, reinteqrasiyası ilə bağlı prosesin daha ağrılı getdiyini deyib. Çünki orada tək qondarma qurum deyil, rus sülhməramlılarının da maraqları var:

 

“Mariya Zaxarovanın bu yaxınlarda belə bir açıqlaması oldu ki, rus sülhməramlıları olmadan Xankəndi və ətrafında yaşayan ermənilərin təhlükəsizliyinə zəmanət olmayacaq. Belə bir açıqlama onu deməyə əsas verir ki, qondarma qurumun və orda yaşayan ermənilərin inteqrasiyasına maneə yaradan tək separatçı rejim deyil, həm də Rusiyadır. Çünki Rusiya anlayır ki, inteqrasiya prosesi sürətlənərəsə orada sülhməramlıların qalmasına ehtiyac yaranmayacaq. Bu nöqteyi-nəzərdən də sülh prosesi bu qədər uzanır. Ermənistan Azərbaycan arasında danışıqlar daha rahat gedir. Çünki ərazi bütövlüyünün qarşılıqlı tanınması artıq bəyanatlar şəklində razılaşdırılıb və bunu sənədləşdirmək, sərhədlərin delimtasiya, demorkasiyasını müzakirə eləmk lazımdır. Amma separatçı rejim bir çox hallara Rusiya, Qərbin müxtəlif dairələri ilə birgə hərəkət edir. “Humanitar fəlakət” şousu yaratmaqla, guya orda aclığın olması, xəstə insanların müalicəsinin mümkünsüzlüyü ilə bağlı səs-küy yaratmaqla bütün diqqəti əsas məsələlərdən kənara yönləndirir. Burda ATƏT-in Minsk qrupu kimi qurumun dirçəldilməsi cəhdləri də görünür ki, bu da mümükün deyil. Rusiya, Qərb, Avropanın arasında gedən münaqişə bu formatın dirilməsinə imkan vermir. Bu mənasız qurum uzun illər bizim başımızı aldatmaqla məşğul olub. Amma müxtəlif formatlı danışıqların getməsi yaxşıdır”.

 

Politoloq hesab edir ki, danışıqlarda Qərbin, Rusiyanın tək moderator olması problem yarada bilər:

 

"Ona görə də Rusiya tərəfdən təzyiqlər artdıqca Azərbaycan Qərb platformasına üstünlük verir, Qərb tərəfdən uyğun olmayan bəyanatlar veriləndə isə Rusiya platforasına üstünük verilərək belə bir seçim imkanı yaradılır. Bu da həmin tərəfləri Azərbaycanın maraqları çərçivəsində davranmasına vadar edən bir mexanizmə çevrilir. Beləliklə zaman uzanır. Problemin daha tez həll olunmasını istəyirik. Amma bu asan başa gələcək bir məsələ deyil".

 

N.Cəfərli qeyd edib ki, bu gün Azərbaycan məsələni güc yolu ilə həll etməyə qadir olsa da, indiki şəraitdə buna bir o qədər ehtiyac olduğunu düşünmür. Onun fikrincə, zatən “soyqırım, humanitar böhran”-deyib şoular aparan ermənilər və havadarları Azərbaycanın istənilən əməliyyatlarını hay-küy piyarı ilə qarşılayacaq. Ona görə də Azərbaycan addım-addım, beynəlxalq hüquq çərçivəsində öz istəklərinə nail olur və bundan sonra da olacaq.

 

  

 

“Azərbaycan öz siyasətini özünün yaratdığı reallıqlara əsaslanaraq yeridir və...”

 

Hüquqşünas, siyasi ekspert Vüqar Dadaşov bildirib ki, bu gün 10 noyabr 2020-ci il üç tərəfli Moskva Bəyannaməsinin ən əsas şərtlərindən olan və həmin bəyannamənin 4-cü bəndinə əsasən Ermənistan silahlı birləşmələrinin Azərbaycandan çıxarılmaması geniş miqyaslı hərbi əməliyyatları mümkünlüyünü açıq saxlayır:

 

“Əvvəla Ermənistan rəsmi səviyyədə həmin Moskva bəyannaməsinn tələblərini icra edəcəyi barədə məlumat yaysa da fakt odur ki, hələ də Ermənistan silahlı Azərbaycan ərazisində qalmaqda davam edir. Hələ keçən ilin iyul ayı Ermənstan təhülkəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın öz qoşunlarını Qarabağdan çıxarır - deyə bəyan etmişdi. Ancaq bu faktı təsdiq edən heç bir məlumat, sübut yoxdur. Nəinki Azərbaycan, dünyanın güc mərkəzləri və beynəlxalq təşkilatlar Ermınistan ordusunun Azərbaycan ərazilərindən çıxardığı barədə heç bir bəyanat, məlumat verməyib, təsdiqləməyib. Üstəlik Qriqoryan sonrakı çıxışlarında "dağlıq qarabağ hakimiyyəti”ndən aldığımız məlumata görə, “artsax” cavanları əvvəlki kimi hərbi xidmətə çağırılacaqdır" - deyə bildirib. Əlbəttə ki, Ermənistanın öz silahlı birləşmələrini Azərbaycan ərazisindən könüllü çıxarmaq istəyi görünmür. Həm də  Ermənistanın Rusiya, İran, Fransa və sair kimi dəstəkçiləri Ermənistanı belə bir addımdan çəkindirən şərtlətdəndir. Belə bir vəziyyətdə Azərbaycanın hərbi əməliyatlar keçirməyə vadar etməyə ən çox Rusiya maraqlı görsənsə də, Fransanın da Rusiya ilə gizli sövdələşməsi mümkündür. İranın Ermənistan - Azərbaycan münasibətində "qırmızı xətt" prinsipindən ritorik və publik şəkildə imtina etsə də, tərəflərin yeni müharibəyə  getməsində daimi marağı dəyişməzdir. Ancaq danışıqlar limitinin bitdiyini demək olmaz”.

 

V.Dadaşov bununla belə hesab edir ki, Azərbaycanı hərbi əməliyatlara vadar etməklə Ermənistanla Azərbaycan araslnda mümkün sülh ehtimalı sıfırlanır. Ancaq Azərbaycan olduqca səbirli davranaraq siyasi-diplomatik gedişləri ilə vəziyyəti nəzarətdə saxlayır:

 

Ekspert eyni zamanda dünya erməniliyinin "hümanitar böhran" oyununun, ilk növbədə siyasi iradə məsələsi olmaqla, həm də "əsəb və təmkin" sınağı olduğunu deyib:

 

“Avropa Birliyinin, ABŞ-ın faktiki olaraq Ağdam-Xankəndi marşrutunu dəstəkləməsi Azərbaycanı öz mövqeyində gücləndirib. Baxmayaraq ki, bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, ermənipərəst siyasətçilər Azərbaycanı güzəştə getməyə və Laçın yolunu açmaq üçün bütün mümkün vasitələrdən istifadə etsələr də sonda Azərbaycanla razılaşmaq məcburiyyətindədir. Onu da qeyd etmək lazımdır ki, ermənilərin "humanitar böhran" şousuna ümumən Qərb dünyası ikili standartlarla yanaşır. Elə Ukrayna nümunəsində bunu aydın görmək mümkündür. Rusiya işğal etdiyi Donetski, Luqanski vilayətlərinə humanitar yardımını keçirmək istəyində birmənalı Ukrayna mövqeyindən çıxış edirdi. Çox təəssüflər olsun ki, Azərbaycana gəldikdə Qərb ikiüzlülüyünü göstərir. Fəqət, Azərbaycan öz siyasətini özünün yaratdığı reallıqlara əsaslanaraq yeridir və Qərbin ikili standartları qəlb bulandırsa da, reallıqda Azərbaycanın mövqeyinə heç cür təsir edə bilməz”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ