Siyasi Partiyalar reystrdən necə keçir?

08:54 17-08-2023 | icon 180 | Siyasət
Siyasi Partiyalar reystrdən necə keçir?

Aydın Mirzəzadə: “Siyasi partiya adını o təşkilat qazanmalıdır ki, cəmiyyətin etimadını doğruldur”

 

“Siyasi Partiyalar haqqında” qanun siyasi təşkilatların reystrdən keçməsi tələbi əsasında yenidən aktivləşmə, toparlanma,  yenidən formalaşmanın yeni yol xəritəsi müəyyən edir. Partiyaların reystrdən keçməsi uzun müddət fəaliyyətsiz qalan, sosial bazasını itirən bir çox partiya rəsmiləri üçün gərgin, bir çox hallarda ürkaçan proses kimi dəyərləndirilməsə də, siyasi partiyaların öz mövcudluqlarını qorumaq üçün sərgilədiyi bugünkü aktivlik yeni reallıqda, yenilənmə müstəvisində əhəmiyətli hesab olunur. Heç şübhəsiz ki, reystrdən keçməyən partiyalar arasında narazıların olacağı istisna deyil. Partiyaların reystri prosesi necə gedir və perspektiv üçün gözləntilər nədir?

 

Versus.az xəbər verir ki, YAP idarə heyətinin üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə bu istiqamətdə yaranan suallara aydınlıq gətirib.  

 

- Aydın müəllim, “Siyasi Partiyalar Haqqında” qanuna əsasən siyasi partiyaların qeydiyyatı ilə bağlı mövcud prosesi necə dəyərləndirərdiz?

 

- Siyasi partiyalar haqqında qanun Müstəqilliyimizin bərpasının ilk dövründə qəbul edilmişdi və həmin dövrün reallığını özündə əks etdirirdi. Zaman keçdikcə Azərbaycan siyasi cəmiyyətində ciddi dəyişikliklər baş verdikcə, Qanuna müəyyən dəyişikliklər edilirdi. Ancaq müəyyən bir zaman yetişdi ki, tamam yeni bir Qanunun qəbul edilməsinə ehtiyac yarandı və qəbul edildi. Həmin Qanunun tələbinə uyğun olaraq siyasi partiyalar yenidən qeydiyyatdan keçməli idilər. Çünki ölkə əhalisi 1991-ci ildən sonra az qala iki dəfə artmışdır. Yeni reallıqlar ortaya çıxmışdı. Ölkəni, xalqı idarə etməyə iddiası olan təşkilat daha yüksək tələblərə cavab verməlidir. Ona görə də üzvlərinin sayını azı beş min nəfər olması tələbi qoyulmuşdu. Bu baxımdan siyasi partiyaların bir qismi tələbi yerinə yetirə bilməyəcəyinə və ya digər səbəblərdən üzündən fəaliyyətini dayandırdı. 27 siyasi partiya isə yenidən qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etdi. Hazırda proses gedir, Ədliyyə Nazirliyi sənədləri diqqətlə yoxlayır, üzvlərin doğruluğunu bir daha nəzərdən keçirir. Hesab edirəm ki, proses Qanunun tələblərinə uyğun olaraq gedir. Siyasi partiya adını ilk növbədə o təşkilat qazanmalıdır ki, o, cəmiyyətin etimadını doğruldur, cəmiyyətin problemlərinin həlli üçün ciddi proqramı, eyni zamanda müəyyən bir sosial bazası var. Hazırkı prosesi mən normal, demokratik və Qanunun tələblərinə uyğun qiymətləndirirəm.

 

- Siyasi partiyaların reystri partiyaların yenidən təşkilatlanması, toparlanması və aktiv fəaliyətlərinin təminatı baxımından hansı yeni imkanları yaradır? Proses cəmiyyətdə siyasi aktivliyi azaldacaq, yoxsa çoxaldacaq?

 

- Azərbaycan demokratik hüquqi dövlətdir. Dünyaya açıqdır və dünyada gedən proseslərlə sıx bağlıdır. Demokratik hüquqi dövlətlərdə olan xarakteristika zaman-zaman Azərbaycan dövlətində də oturuşur, öz əks-sədasını verir. Bunu müsbət qiymətləndirmək lazımdır. Bu proseslərdə siyasi partiyalar böyük rol oynayır. Yeni Qanun əlbətdt ki, siyasi partiyalara öz fəaliyyətinə daha ciddi yanaşmağı tələb edir. Eyni zamanda, siyasi partiyaları cəmiyyətlə işləməyə, cəmiyyətin ab-havasını özünün fəaliyyətində əks etdirməyə sövq edir. Siyasi partiyalar həmçinin öz üzvləri ilə də sıx işləməli, öz üzvlərinin hüquqlarını qorumağı bacarmalıdır. Hesab edirəm ki, bu, bir tərəfdən dövrün siyasi tələbləridir, digər tərəfdən isə hüquqi tərəflər siyasi partiyaları daha aktiv işləməyə, yeni fəaliyyət formaları tapmağa sövq edəcək. Nəzərə alaq ki, artıq informasiya texnologiyalarının yüksək inkişaf etdiyi bir dövrdə bu sektorun da imkanlarından geniş istifadə etmək imkanı yaranır. Siyasi partiyalarda ilk növbədə müasir tələblərə cavab verməklə, Azərbaycanın milli maraqlarını, müstəqillik faktorunu qorumaq tarixi tələbi irəli sürülür.

 

- Bir çox partiyaların reystrdən keçmədiyi barədə məlumatlar var. Bu durum siyasi partiyalar sistemində hansı mənzərənin yaranacağından xəbər verir: Partiyaların sayının azalması, sıradan çıxması, sosial bazanın yenidən qurulması, formalaşması baxımından siyasi təşkilatlarda hər hansı gərginlik yarana bilərmi?

 

- Ölkədə neçə siyasi partiyanın olacağı, hansının aparıcı, hansının sadəcə iştirakçı olacağını proseslər və partiyaların fəaliyyəti müəyyən edir. Bunu inzibati yolla müəyyənləşdirmək mümkün deyil və Azərbaycanda heç kəs bunu etmək məcburiyyətində də deyil. Partiyanın qalıb qalmayacağı, necə fəaliyyət göstərəcəyi, hansı ideoloji xətt tutacağı onun özünün istəyindən, ideologiyasının yönümündən asılıdır. Yeni partiyaların yaranıb yaranmayacağını isə zaman göstərəcək. Bu, siyasi tapşırıqla irəli gələn məsələ deyil. Partiyaların sayının neçə olacağını da zaman müəyyənləşdirəcək. Ölkədən-ölkəyə bu məsələ fərqlənir. Ölkələr var ki, orada daim yeni partiyalar yaranır və müəyyən dövr siyasi pikdə olduqdan sonra tarixin səhnəsindən silinir. Ölkələr var ki, artıq oturuşmuş siyasi partiya sistemi vardır və mübarizə ayaqda olan, özünü tanıtmış, müəyyən bir tarixi fəaliyyəti olan partiyalar arasında gedir. Azərbaycanda da hesab edirəm ki, ikinci variantın daha çox reallaşacağı gözlənilir.

 

- Sizcə reystrdən narazı qalan partiyaların beynəlxalq “demokratları” üzərimizə qaldırmaq fürsətini sıfırlamaq üçün hansı addımlar atılmalıdır, ləğv olunan müxalifət partiyaları ilə dialoq və qarşılıqlı anlaşma hans şərtlər daxilində ola bilər, mümkündür?

 

- Siyasi partiyaların fəaliyyəti ölkə Konstitusiyasına, Demokratik tələblərə və həmin partiyanı təsis edənlərin istəyindən və fəaliyyətindən asılıdır. Bu, ölkədaxili siyasi proseslərdir. Heç bir kənar qüvvə bu məsələlərə müdaxilə edə bilməz. Heç bir kənar mərkəz bu məsələdə Azərbaycana nə məsləhətçi, nə də ki, nəzarətçi rolunu oynaya bilməz. Gedən proseslər açıqdır, şəffafdır, demokratikdir. Siyasi partiyaların heç birinə qanunun tələblərini pozmazsa hər hansı bir qadağa qoymur, müəyyən partiyaların qeydiyyatı ilə bağlı Ədliyyə Nazirliyinin onlara iradları isə konkret məsələlərə söykənir. Bəzi partiyalar üzvlərinin həqiqiliyini yoxlamadan sadəcə siyasi təqdim edirlər. Yoxlama zamanı onların başqa partiyanın üzvü olduqları, yaxud həyatdan köçdükləri və yaxud ümumiyyətlə partiya ilə hər hansı bağlılığının olmadığı bilinir. Bu baxımdan Ədliyyə Nazirliyi əlbətdə ki, çox düzgün olaraq səf tərəfləri yenidən baxılması üçün həmin təşkilata qaytarır. Ümid etmək istərdim ki, sənədləri geri qaytarılmış siyasi partiyalar göstərilən iradları aradan qaldıracaq və qısa zamanda artıq dəqiqləşdirilmiş siyahılar və Qanunun tələblərinə cavab verən sənədləri təqdim edəcəklər.

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Gədəbəydə DƏHŞƏT

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Xankəndidə separatçılıq rəmzləri SÖKÜLÜR

Təhlükəli xəstəliyin müalicəsi TAPILDI