“Dəmir Yumruğun budəfəki zərbəsi daha ağır olacaq”

08:59 17-08-2023 | icon 189 | Geopolitika
“Dəmir Yumruğun budəfəki zərbəsi daha ağır olacaq”

Emin Həsənli: "Azərbaycan öz milli maraqlarından geri çəkilməyəcək, haqq Azərbaycanın tərəfindədir"

 

“Ermənistan indiyə qədər götürdüyü heç bir öhtəliyi yerinə yetrməyib. Münaqişə başlayandan bu yana Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi adı ilə müxtəlif vasitəçiər ortaya düşsə də, sülh müqaviləsinin imzalanmasına yönəlik heç bir addım atılmayıb. Ermənistan isə bundan istifadə edərək təxribatları davam etdirir”.

 

Bu barədə Versus.az-a hərbi ekspert Emin Həsənli separatçı Araik Arutyunyanın heç bir halda Azərbaycanın təkliflərini qəbul etməyəcəyi ilə bağlı dediyi fikirlərlə bağlı açıqlamasında bildirib. Ekspert hesab edir ki, separatçı rejimin revanşist düşüncəsi və vasitəçi dövlətlərin sülh danışıqlarını oyuna çevriməsi antiterror, növbəti qisas əməliyyatlarını yaxınlaşdırır.

 

E.Həsənli bildirib ki, 44 günlük vətən müharibəsindən sonra Ermənistanın ağlını başına yığacağını zənn etsək də, ermənilər müxtəlif təxribatlar törətmkdən çəkinmədi və hazırda təxribatlar Laçın keçid məntəqəsində davam edir:

 

“Azərbaycan dövləti  düşmənin lazımi cavabını verir.  Ermənilər ağıllarını başlarına yığıb Azərbaycanın şərtlərini qəbul etməsələr, bu dəfə daha ağır cəza alacaqlar. Bunu vasitəçilər də bilir. Ona görə də Azərbaycaın şərtlərini qəbul edib,  qanunlarına hörmətlə yanaşmalıdırlar”.

 

E.Həsənli Ermənistanın sülh müqaviləsindən yayındığına görə beynəlxalq müstəvidə hər hansı təzyiq və təsirlə üzləşmədiyini təsadüfi saymayıb:

 

“Sual olunur: bu  3 il müddətində Ermənistanla – Azərbaycan arasında sülh müqavləsinin bağlanması müstəvisində vasitəçilik edən Rusiya, Avropa İttfaqı, ABŞ nəyə görə üçtərəfli saziə əsasən Qrabağda olan silahlı erməniləri ərazidən çıartmayıb. Niyə Ermənistan Zəngəzur yolunun açıması ilə bağlı üzərinə götürdüyü öhtəliyi yerinə yetirməyib. Niyə Xankəndi, Xocalı, Əsgəran, Ağdərə, Xocavənddə  Azərbaycan bayrağı qaldırılmayıb. Niyə ermənilər Azərbaycan pulundan istifadə etmirlər. Niyə Rusiya bunu təmin etmir. Avropa Birliyi niyə separatçıların bayrağının endirilməsini tələb etmir. Ermənistan Qarabağda-Azərbaycan ərazilərində hərbi separatizm, terror, işğal və digər beynəlxalq  cinayətlər törədir. Niyə beynəlxalq təşkilatları buna öz münasibətini bildirmir”.

 

E.Həsənli bildirib ki, vasitəçi dövlətlər gərginliyin qalması ilə hansı maraqlarını təmin etməyi düşünsə də, Azərbaycan öz milli maraqlarından geri çəkilməyəcək, haqq Azərbaycanımn tərəfindədir:

 

“Bu məsələ yaxın zamanlarda həll olunacaq. Ya Qarabağ erməniləri Azərbaycan qanunlarına tabe olacaqlar, qalıb yaşayacaqlar, ya da köçüb istənilən ölkəyə gedə bilərlər. Azərbaycan qanunları Azərbaycanda yaşayan xalqların hüquq və azadlıqlarınn təminatı ilə bağlı ən yüksək təminatı verir.  Ermənilərə bundan böyük təminat ola bilməz”.

 

ARZU
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ