BMT-nin 4 qətnaməsini vecə almayan Ermənistanın həyasız iddiası

09:51 17-08-2023 | icon 244 | Geopolitika
BMT-nin 4 qətnaməsini vecə almayan Ermənistanın həyasız iddiası

Əgər Ermənistanın iddiası bəyanat kimi qəbul edilərsə...

 

Ermənistan BMT Təhlükəsizlik Şurasını özünün siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirməyə cəhd göstərir. Qərbdəki havadarlarından dəstək alan İrəvan Qarabağdakı erməni əhalinin guya blokadada saxlanması və yolların bağlanması məsələsini beynəlxalq tribunalara, o cümlədən BMT Təhlükəsizlik Şurasına çıxarmağa çalışır və bu istiqamətdə fəaliyyətə başlayıblar. Ermənistanın məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmaqla nail olmaq istədiyi hədəflər nədir?

 

Politoloq Turan Rzayev Versus.az-a bildirib ki, İrəvan qərbli havadarlarına arxalanaraq beynəlxalq ictimaiyyətin diqqətini Qarabağda iddia etdikləri “humanitar fəlakətə” çəkmək istəyir. Bununla həm də Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasının mümkün olmadığı, öz müqəddəratlarını təyin etmələrinin zəruri olduğu tezisini qəbul etdirmək məqsədi güdürlər.

 

Politoloq eyni zamanda qeyd edib ki, rəsmi İrəvan Azərbaycana qarşı konkret bəyanatın qəbul edilməsinə çalışır. Hansı ki, bu bəyanat fonunda iddia etdikləri “humanitar fəlakətə” hüquqi baza yaratmaq istəyirlər. Onun fikrincə, İrəvan Azərbaycan əleyhinə bəyanat qəbul  ediləcəyi təqdirdə bunu qətnaməyə çevirməyi və Laçın yolunun açılmasına nail olmağı düşünür:

 

 

“Ermənistanın BMT Təhlükəsizlik Şurasının “Qarabağdakı vəziyyətlə bağlı” təcili iclas çağırışı qəbul ediləcək. Lakin bu, nəticəni dəyişməyəcək. Məsələ ondadır ki, Azərbaycan erməni əhalinin yaşadığı əraziyə gedən yolu bağlamayıb. Ərazidə sərhəd-keçid məntəqəsi qurması suveren hüquqlarından istifadədir. Belə bir zərurət Ermənistanın 2020-ci ilin 10 noyabr bəyanatına zidd olaraq bu yolla Azərbaycan ərazilərinə silah-sursat daşıması, bu əraziləri minalaması, Qarabağdakı 10 min erməni hərbi qulluqçunun rotasiyasını həyata keçirməsi, hərbi istehkamlar qurmasına görə yarandı. Son iki il ərzində Ermənistan SQ-yə məxsus hərbi yük maşınları Laçın-Xankəndi yolu ilə daşımalar həyata keçirib, işğaldan azad olunmuş ərazilərdə aşkar olunmuş minaların 2021-ci ildə Ermənistanda istehsal edildiyi müəyyən olunub.

Ermənistan ilk dəfə deyil ki, BMT TŞ-də sənəd qəbuluna cəhd edir. Belə ki, 2022-ci il dekabrında Fransanın təşəbbüsü ilə Laçın-Xankəndi yolunda azərbaycanlı eko-fəalların aksiyası ilə bağlı TŞ-nin fövqəladə iclası çağırılsa da, TŞ üzvləri arasında konsensus olmadığından Parisin irəli sürdüyü bəyanat layihəsi havada qaldı. Çox güman ki, bu dəfə də dəyişən bir şey olmayacaq.

Əvvəla, ona görə ki, rəsmi Bakı Ermənistanın bu və bu kimi cəhdlərinə hazırlıqlıdır. Misal üçün, bundan öncə Fransanın təşəbbüsünə BMT TŞ-nin daimi üzvlərdən Böyük Britaniya və Rusiya, qeyri-daimi üzvlərindən BƏƏ və Albaniyanın qarşı çıxdı.

Əgər Ermənistanın iddiası bəyanat kimi qəbul edilərsə, bunun qətnaməyə çevrilməsi real deyil. Çünki ilk veto qoyacaq ölkə Rusiya olacaq. BMT TŞ illərdir vahid qərar verməkdə acizdir. Daimi üzvlər bir-birinin əleyhinə veto hüququndan istifadə edirlər”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ