Müslüm Maqomayevin xatirəsinə ulduz həkk edildi

08:52 22-08-2023 | icon 322 | Mədəniyyət
Müslüm Maqomayevin xatirəsinə ulduz həkk edildi

Sea Breeze Walk of Fame-da Müslüm Maqomayevin şərəfinə Ulduz qoyulma mərasimində hamı üçün gözlənilməz sürpriz baş verdi.


Versus.Az xəbər verir ki, avqustun 21-də Sea Breeze Resort ərazisində əfsanəvi ifaçı, SSRI Xalq artisti, milyonların kumiri olan Müslüm Maqomayevin şərəfinə Ulduz qoyuldu.


Tədbirdə ifaçının həyat yoldaşı, sovet və Rusiya opera ifaçısı Tamara Sinyavskaya da iştirak edib. O, Ulu öndər, dövlət və siyasət xadimi Heydər Əliyevin ili elan edilən 2023-cü ildə Müslüm Maqomayevin şərəfinə həkk olunan ulduzun açılışını əlamətdar hadisə adlandırıb:


"Müslümə həsr olunmuş hər bir tədbir mənim üçün onunla gòrüşmək deməkdir və həmçinin mənəvi sevinc, könül xoşluĝu və duyğulanmaqdır. Bu gün böyük Müslüm Moqamayevin şərəfinə qoyulan bu Ulduz məhz dahi Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Heydər Əliyev ili" ilə üst-üstə düşür. Onların doĝma münasibəti haqqında danışmayacam, çünki bunu hər kəs bilir".


Yerə həkk olunmuş ulduz postamentinin açılışı M.Maqomayevin repertuarındakı ən məşhur mahnılardan birinin - “Mavi əbədiyyət”in sədaları altında baş tutub.

 

Müslüm Maqomayevin Xatirə Ulduzunun açılışından sonra Tamara xanımı və orada toplanan qonaq və ziyarətçilər daha bir sürprizlə üzləşdilər. Belə ki daha bir Ulduzun da üstü açıldı və bu Ulduz artıq Tamara Sinyavskayanın adına idi.


"Heç kəsə bir söz demədən və heç kəsdən heç nə soruşmadan bu qərara gəldim. Bu iki dahi ifaçı həyatda bir-birlərinin yanında olduqları kimi, onların Ulduzları da burada yanbayan olmalıdır, axı o bizim gəlinimizdir"- deyə Emin Aĝalarov söylədi.

 

Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini Murad Hüseynov, Rusiya Federasiyasının Nazir-müşaviri Pyotr Volokovıx, Azərbaycanın Xalq artisti, bəstəkar Fərhad Bədəlbəyli, Azərbaycanın Xalq rəssamı Fərhad Xəlilov, Xalq artisti, rejissor Vaqif Mustafayev, Bakıdaki "Rus evinin" ("Русский дом") başçısı İrek Zinnururov fəxri qonaq qismində iştirak ediblər.

 

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Türk dünyasının deputatları Xankəndidə

Ənvər Sadıqov - 58

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Fuad Muradov 7 kişini şantaj etdi və...

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi