Şəhid övladları üçün oxudu

16:53 30-08-2023 | icon 310 | Mədəniyyət
Şəhid övladları üçün oxudu

“Fire Land Group”un təşkilatçılığı ilə müğənni Zamiq Hüseynovun şəhid övladları ilə birgə oxuduğu “Mənim atam qəhrəmandır” nəğməsinə çəkilən klipin təqdimat mərasimi keçirilib.

 

Versus.Az xəbər verir ki, Şəhid ailələri və rəsmi qonaqlar üçün təşkil olunmuş ziyafətdə musiqisi Cəlal Qurbanov, sözləri Xanım İsmayılqızına aid, rejissorluğunu Vüsal Hacı Qadirin etdiyi “Mənim atam qəhrəmandır” klipi nümayiş olunub.

 

1 ay ərzində ərsəyə gələn ekran işinin iştirakçıları və mahnının ifaçıları əslində həm də həyatlarının baş rolunu oynayan, Azərbaycanın müxtəlif bölgələrindən olan şəhid övladlarıdır.

 

Bəstə müğənni Zamiq Hüseynovla şəhid övladları ilə birgə oxunaraq lentə alınıb.

 

Tədbirə şəhid əmanətləri ilə yanaşı, ictimai şəxslər, millət vəkilləri, müxtəlif nazirliklərin məsul şəxsləri karifey sənətçilər, media nümayəndələri də qatılıb. Qonaqlar arasında şərəf ordenli Akif İslamzadə, yazıçı Anarın qızı Günel Anarqızı, Ramiz Rövşən, Xalq artistləri Alim Qasımov, Nəzakət Teymurova, Əməkdar artist Gülüstan Əliyeva, sənətçilər Elnur Hüseynov, Mirələm Mirələmov, Çinarə Məlikzadə, gecənin əsas səbəbkarlarından olan Zamiq Hüseynov və başqaları yer alıb.

 

Xatırladaq ki, vətən müharibəsində qazanılan zəfərdən keçən 3 il ərzində “Fire Land Group”un təşkilatçılığı ilə “Mənim atam qəhrəmandır”, “Mənim oğlum qəhrəmandır” adı altında 30-a yaxın tədbir həyata keçirilib, 2000-dən çox şəhid ailəsi bu tədbirlərdə qarşılanıb, onlara təsəlli və qürur yaşatmağa çalışıb.

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Gədəbəydə DƏHŞƏT