Abituriyentlərin DİQQƏTİNƏ

10:44 31-08-2023 | icon 306 | Təhsil
Abituriyentlərin DİQQƏTİNƏ

Hansı qrupda neçə yer boş qalıb?

 

Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə qəbul imtahanlarının nəticələrini açıqlayıb. Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edən 70 301 nəfərdən 51 941 nəfəri tələbə adını qazanıb.

 

Versus.Az xəbər verir ki, ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlanandan sonra hansı qrupda nə qədər boş yerin qaldığı müəyyənləşib.

 

Belə ki, universitetlərdə:

I ixtisas qrupu üzrə: 1 753 yer.

II ixtisas qrupu üzrə: 357 yer.

III ixtisas qrupu üzrə: 1 174 yer.

IV ixtisas qrupu üzrə: 234 yer.

V ixtisas qrupu üzrə: 383 yer boş qalıb.

 

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı həftə sonunadək “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq.

 

DİM bildirib ki, boş qalan yerlərə ixtisas seçimi sentyabrın 4-dən 9-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...