"80 yaşında bir ağsaqqalın Vətəninə qayıtması..."

15:40 19-02-2019 | icon 706 | Kürsü
"80 yaşında bir ağsaqqalın Vətəninə qayıtması..."

 Rüstəm İbrahimbəyovun Azərbaycana dəvət olunmasını hakimiyyət tərəfindən vətəndaş barışığı istiqamətində atdığı bir addım kimi də dəyərləndirirəm

 

 

ASLAN İSMAYILOV

/Vəkil/

 

Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin və Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun 80 illik yubileyini Bakıda qeyd etməsi ilə bağlı çox ziddiyyətli fikirlər oxudum. Bununla bağlı öz fikrimi bölüşürəm.

 

R.İbrahimbəyovla olan fikir ayrılığına görə münasibətlərimizin korlanması və bununla bağlı Ziyalılar Forumunu tərk etməyimə baxmayaraq onun Bakıya gəlişi xəbərinə çox sevindim.

Birincisi ona görə ki, Rüstəm İbrahimbəyov sıradan bir azərbaycanlı deyil, dünya miqyasında tanınmış şəxsdir və Azərbaycanın tanınmasında da öz rolu olub.

İkincisi, Rüstəm müəllim bu gəlişində də öz vətəndaş mövqeyində qaldığını qeyd edib və bilirəm ki, öz mövqeyindən çəkilən insan da deyil.

Üçüncüsü, heç vaxt siyasətlə məşğul olmayan bir insanın yaşlı vaxtında siyasətə qoşulması da Azərbaycanda baş verənlərə biganə qalmaması ilə bağlı idi.

 

Ən əsası 80 yaşında bir ağsaqqalın Vətəninə qayıtması istənilən insan üçün xoş xəbər olmalıdır. Ən əsası həyatda heç bir nailiyyəti olmayan şəxslərin Rüstəm İbrahimbəyov kimi şəxsiyyətə dil uzatması cəmiyyətimizin bəlasıdır və bunun bədəlini uzun illərdir ki, ödəyirik.

 

Hamı bilir ki, Azərbaycan ziyalıları haqqında bəzən ən kəskin tənqidi fikirlər səsləndirmişəm. Bununla belə, onların da haqqına girmək istəmirəm. 1988-90-cı illər İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Yusif Səmədoğlu, Nurəddin Rzayev, Xudu Məmmədov, Məmməd Xələfov və onlar kimi nəhəng aydınları Azərbaycan Xalq Hərəkatından uzaqlaşdıranlar bu hərəkətlərini bu gün də davam etdirməkdədirlər. Bunun ziyanını bu gün həm özləri, həm də xalq çəkir. Bu gün ziyalı təbəqənin ictimai həyatdan uzaq olması onlardan çox, onları öz hərəkətləri, yazıları ilə ictimai həyatdan uzaqlaşdıranlardadır. Buna görə ziyalıları tənqid etməklə bərabər onlara qarşı qaraguruhçuluğu da pisləmək lazımdır.

 

Bundan başqa, bu gün Rüstəm İbrahimbəyovun Azərbaycana dəvət olunmasını hakimiyyət tərəfindən vətəndaş barışığı istiqamətində atdığı bir addım kimi də dəyərləndirirəm və bunun davamını çox arzulayıram. Bizim bütün problemlərmizin, ən əsası Qarabağ probleminin həlli birinci növbədə vətəndaş barışığından keçir. Bu gün hakimiyyətdə olanların bir qisminin hakimiyyət-vətəndaş qarşıdurmasını ciddi cəhdlə qızışdırmaq istədiklərini bildiyimdən bir daha hamımızın çox düşünülmüş və ehtiyatlı davranmamızın vacib olduğunu vurğulayıram.

Yekunda Rüstəm İbrahiməyovu 80 illik yubileyi ilə təbrik edib, can sağlığı və xalqımızın rifahı uğrunda aparacağı fəaliyyətində uğurlar arzulayıram.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB

Azərbaycanda yeni peyvənd VURULACAQ