Deputatlar AŞPA-nın komitə iclaslarına qatılacaq

21:32 06-09-2023 | icon 188 | Siyasət
Deputatlar AŞPA-nın komitə iclaslarına qatılacaq

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlar Asim Mollazadə, Erkin Qədirli və Kamal Cəfərov Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya, Monitorinq, Hüquqi məsələlər və insan hüquqları komitələrinin 7-15 sentyabr tarixlərində Fransanın Paris şəhərində keçiriləcək iclaslarında iştirak edəcəklər. Milli Məclisin komitə sədri Səməd Seyidov AŞPA-nın Büro iclasına da qatılacaq.


Versus.Az xəbər verir ki, bu barədə Milli Məclisdən bildirilib.


Verilən məlumata görə, iclaslarda üzv ölkələrlə bağlı dövri monitorinq hesabatları dinləniləcək, Avropa Şurasına üzvlük öhdəliklərinə əməl olunması, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası müzakirə ediləcək, münaqişələrin qarşısının alınmasında, beynəlxalq institutlara etimadın bərpasında və qlobal sülhün təşviqində Avropa Şurasının rolu, Avropa qarşısında dayanan müasir çağırışlar və regional təhlükəsizlik kimi mövzular və bəzi təşkilati məsələlər nəzərdən keçiriləcək.

 

Milli Məclisin deputatları komitələrdə müzakirə olunacaq məsələlərə münasibətlərini bildirəcəklər, qeyd və təkliflərini səsləndirəcəklər, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Assambleyanın Siyasi işlər və demokratiya komitəsində “İfrat sağçı ideologiyanın Avropada demokratiya və insan hüquqlarına meydan oxuması” mövzusunda məruzə ilə çıxış edəcək.

 

TAHİRƏ

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Türk dünyasının deputatları Xankəndidə

Ənvər Sadıqov - 58

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Fuad Muradov 7 kişini şantaj etdi və...

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi