Beynəlxalq parlament təşkilatlarına MÜRACİƏT

14:06 11-09-2023 | icon 194 | Siyasət
Beynəlxalq parlament təşkilatlarına MÜRACİƏT

"Ermənistan və yaratdığı qondarma rejim sülh prosesində maraqlı deyil"

 

“Sentyabrın 11-də Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətlərinin başçıları Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin sentyabrın 9-da keçirilmiş “seçkilər” adlı qanunsuz fəaliyyəti barədə beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə və xarici ölkələrin parlamentlərinə müraciət ünvanlayıblar.

 

Versus.az xəbər verir ki, bu barədə sayta Milli Məclisdən məlumat verilib.

 

Müraciətdə bildirilib ki, Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində yaratdığı qondarma rejimin “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyətin Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduğu bildirilir. Separatçı qondarma rejimin Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində 30 ilə yaxın müddətdə davam etmiş təcavüz və etnik təmizləmə siyasətinin birbaşa nəticəsi olduğu, bu rejimin mövcudluğunun Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində mümkün olduğu vurğulanır.

 

Bildirilir ki, 2020-ci ildə münaqişənin başa çatmasından sonra Azərbaycanın qətiyyətlə irəli sürdüyü sülh təşəbbüsü fonunda Ermənistanın son təxribatçı və təhrikedici fəaliyyəti bölgədə normallaşma və etnik erməni sakinlərin Azərbaycan Respublikasının konstitusion çərçivəsinə reinteqrasiya səylərinə ciddi zərbədir.  

 

Qeyd olunur ki, qondarma “seçkilər”in keçirilməsi bir daha aydın şəkildə göstərir ki, Ermənistan və onun yaratdığı qondarma rejim sülh prosesində həqiqətən maraqlı deyil. Bundan başqa, Ermənistanın Azərbaycanın öz suveren ərazisində yaşayan etnik ermənilər ilə dialoquna mane olması ölkəmizin daxili işlərinə kobud müdaxilə, onun suverenliyinə və ərazi bütövlüyünə qarşı ciddi təhdiddir.

 

Müraciətin sonunda deputatlarımız həmkarlarını Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn addımlara düzgün siyasi qiymət verməyə və qeyd olunan qondarma  “seçki” adlandırılan qanunsuz fəaliyyəti qətiyyətlə pisləməyə çağırıblar.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ