"Qarabağ işğaldan əvvəl və sonra” adlı kitabda yazılanlar

17:23 12-09-2023 | icon 186 | Siyasət
"Qarabağ işğaldan əvvəl və sonra” adlı kitabda yazılanlar

Ermənistanın 30 ildə şəhər və rayonlarımızda törətdiyi dağıntılar, vəhşiliklər və...

 

Bolqarıstanda rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova səfər zamanı Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti Mərkəzi ilə tanış olub. Spiker Sahibə Qafarovaya mərkəzin fəaliyyəti haqqında geniş məlumat verilib.

 

Bu barədə Versus.az-a Milli Məclisdən məlumat verilib.

 

Verilən məlumata görə, Parlamentin sədri, Mərkəzə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Milli Məclis tərəfindən nəşr olunmuş kitabları hədiyyə edib. Sahibə Qafarova, mərkəz əməkdaşlarına və tədbir iştirakçılarına Ulu Öndərin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz xidmətləri haqqında geniş məlumat verib.

 

Milli Məclisin sədri, Mərkəzə həmçinin, "Qarabağ işğaldan əvvəl və sonra” adlı kitabı təqdim edərək, Ermənistanın 30 illik işğalı zamanı şəhər və rayonlarımızda törətdiyi dağıntılar, vəhşiliklər barədə məlumat verib.

 

Daha sonra Milli Məclisin sədri Azərbaycan dilini öyrənən bolqar tələbələrlə görüşüb.

 

Spiker Sahibə Qafarova Mərkəzdə xatirə kitabını imzalayıb.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ