Spiker beynəlxalq təşkilatları erməni yalanlarına sərt reaksiya verməyə çağırdı

07:20 13-09-2023 | icon 170 | Siyasət
Spiker beynəlxalq təşkilatları erməni yalanlarına sərt reaksiya verməyə çağırdı

 

"Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qeyri-qanuni, qondarma rejimin “prezident seçkiləri” ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün növbəti dəfə aşkar şəkildə pozulmasıdır. Bu təxribatçı addım Azərbaycan Konstitusiyasının və qanunvericiliyinin, habelə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır".

 

 

Versus.az xəbər verir ki, bunu Bolqarıstan Respublikasında rəsmi səfərdə olan Milli Məclisinin sədri Sahibə Qafarova bu ölkənin Milli Assambleyasının sədri Rosen Jelyazkovla görüşdə bəyan edib.

 

Onun sözlərinə görə, beynəlxalq birliyin bütün üzvləri beynəlxalq hüquq çərçivəsində üzərilərinə götürdükləri öhdəliklərə uyğun olaraq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş bu akta düzgün siyasi qiymət verməli, təcavüzkar separatizmə qarşı öz səslərini ucaltmalı və adı çəkilən qanunsuz fəaliyyətləri qəti şəkildə pisləməlidirlər.

 

Görüşdə həmçinin  Ermənistanın “blokada”, “humanitar böhran” barədə yalan və əsassız iddiaları ilə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birbaşa hədəfə aldığını qeyd edən Milli Məclisin sədri diqqətə çatdırıb ki, delimitasiya olunmamış sərhəddə və Qarabağ bölgəsində hərbi təxribatlar törətməkdə davam edir, Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minlik silahlı qüvvələrinə texniki, hərbi və maliyyə dəstəyini davam etdirərək, əvvəllər əldə edilmiş razılaşmaları və normallaşma prosesini pozur. Ermənistanın yeganə məqsədi bütün mümkün vasitələrlə Azərbaycan ərazisində separatizmi davam etdirməkdir.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ