Toyuq qaqqıltısını tərcümə edən süni intellekt

14:30 25-09-2023 | icon 522 | Maraqlı
Toyuq qaqqıltısını tərcümə edən süni intellekt

Tokio Universitetinin professoru Adrian David Çeokun rəhbərlik etdiyi komanda toyuqların müxtəlif emosional vəziyyətlərini şərh edə bilən sistem yaradıb.

 

Yaponiyadan olan araşdırma qrupu süni intellektlə toyuqların qaqqıltı səsini tərcümə etməyin yolunu tapdıqlarını iddia edir.

 

“Deep Emotional Analysis Learning” (“Dərin Emosional Analizlərin Öyrənilməsi”) adlanan son texnologiya süni intellektdən istifadə etməklə aclıq, qorxu, qəzəb, məmnunluq, həyəcan və gərginlik kimi duyğuları tərcümə edir. Sistem 6 fərqli emosional vəziyyəti 80 faiz dəqiqliklə açıqlaya bilir.

 

Araşdırmada 80 toyuqdan alınan səs nümunələri təhlil edilib. Təxminən 200 saatlıq səsyazmaları araşdırılıb və 100 saatlıq bir nümunə əldə edilib. Komanda üzvləri bu səs yazılarını alqoritmlə birləşdiriblər.

 

Səkkiz heyvan psixoloqu və baytar həkimi ilə əməkdaşlıq edən tədqiqatçıların fikrincə, sistem toyuqların psixi vəziyyətlərini təəccübləndirəcək dərəcədə dəqiqliklə müəyyən edə bilir.

 

“Nəticələrimiz göstərir ki, toyuqların səs siqnallarına əsasən, onların emosional vəziyyətlərini bilmək üçün süni intellektdən istifadə edə bilərik”, - deyə tədqiqat qrupu bildirib.

 

Qrupun fikrincə, heyvanların nə hiss etdiyini bilmək onlar üçün daha yaxşı bir dünya qurulmasına imkan verər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qarşımızda yeni hədəflər, yeni çağırışlar var”

Qənirə Paşayevasız 1 il...

“Mən bilirəm nə zaman necə nə etmək lazımdır” kəlamının doğurduğu REALLIQ

“Qənirə Paşayeva - İTHAF” - SƏRGİ

Siyasətçilərin də axışdıqları Vudu bazarı

UEFA "Barselona" klubunu cəzalandırdı

Planetin xəritəsi YENİLƏNİR?

Bir şəklin TARİXÇƏSİ

Üçüncü dünya müharibəsi Yaxın Şərqdən başlayacaq?

Yer kürəsinin yeni təbii peyki olacaq

Torpaqların kateqoriyaları ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

Qalmaqallı binanı alan olmadı

Dumada qəribə qanun layihəsi

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi

Ən çox və ən az kredit verən BANKLAR