Nadir dinozavr skeleti HƏRRACDA
Barri adlandırılan kamptozavrın çox yaxşı qorunub saxlanılan, Yura dövrünə aid və təxminən 150 milyon il yaşı olan skeleti Parisdə hərraca çıxarılacaq.
Skelet 1990-cı illərdə ABŞ-nin Vayominq ştatında aşkar edilib və 2000-ci ildə paleontoloq Barri Ceyms tərəfindən bərpa edilib. Keçən il Barrini satın alan İtaliyanın “Zoic” laboratoriyası daha sonra onun üzərində restavrasiya işləri aparıb.
“Bu olduqca yaxşı qorunub saxlanan və kifayət qədər nadir olan bir nümunədir”, - deyə bu ilin oktyabrında hərracın keçiriləcəyi Parisin “Hotel Drouot” auksion evindən Aleksandr Cikello bildirib.
Onun sözlərinə görə, dinozavrın kəllə sümüyünün komplektliyi 90%, skeletin qalan hissəsinin komplektliyi isə 80% təşkil edir. Cikello, həmçinin bildirib ki, incəsənət bazarında dinozavrlara nadir hallarda rast gəlinir və dünya üzrə il ərzində maksimum bir cüt dinozavr sümüyü satılır.
Skelet satılmazdan əvvəl oktyabrın ortalarında ictimaiyyətə nümayiş etdiriləcək. Onun qiyməti 1,28 milyon ABŞ dolları (təxminən 2,17 milyon manat) civarında ola bilər.
Xəbər lenti
Bakının içməli su təminatında YENİLİK
Yağış sularının idarə olunması və istifadəyə cəlb olunması planlaşdırılır