Sabirabadın bu kəndində yollar BƏRBADDIR
Sabirabadın Poladtuğay kəndinin yolları bərbad vəziyyətdədir. Yağışlı havada yollardakı çirkab su gölməçələri və palçıq piyadaların hərəkətinə çətinlik törədir.
Kənddaxili əsas yollarda hərəkət etmək mümük olsa da, sakinlərin daha çox istifadə etdiyi alternativ yollar bərbad gündədir.
Məsələ ilə bağlı kənd bələdiyyəsindən “Xəzər Xəbər”ə bildirilib ki, vətəndaşların müraciətindən sonra ərazilərə baxış keçirilib:
“Əsasən kənddaxili yolların təmiri həyata keçirilir. Vətəndaşların müraciət etdikləri yol köməkçi yol hesab edilir. Lakin buna baxmayaraq, yaxın günlərdə problemlər aradan qaldırılacaq”.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"