128 il morqda qalandan sonra dəfn edildi
Pensilvaniya ştatında cəsədi 128 il meyitxanada saxlanılan kişi dəfn edilib. Yaxın vaxtlara qədər mərhumun adı məlum olmayıb.
Bildirilir ki, həmin şəxs 1895-ci ilin payızında cibgirliyə görə həbs edilib.
Saxlanılan zaman cinayətkar adını açıqlamaqdan imtina edib. Bir müddət sonra o, kəskin qaraciyər çatışmazlığından dünyasını dəyişib. Dostlarının hekayələrinə görə, məhbus spirtli içkilərdən sui-istifadə edib.
Yalnız bu yaxınlarda məlum olub ki, mərhumun adı Ceyms Merfidir.
Xəbər lenti
Direktorluqdan imtina etdi
Xankəndiyə müəllimi kimi qayıtdı...