Heydər Əliyevin başladığı və İlham Əliyevin davam etdirdiyi daxili və xarici siyasi xətt

13:15 12-10-2023 | icon 363 | Siyasət
Heydər Əliyevin başladığı və İlham Əliyevin davam etdirdiyi daxili və xarici siyasi xətt

Sahibə Qafarova: “Son 20 il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub”

 

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vətənimizin bu günü və sabahı naminə həyata keçirdiyi möhtəşəm işlərlə xalqımızın dərin hörmət və məhəbbətini qazanmışdır”.


Versus.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında Spiker Sahibə Qafarova İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar xüsusi çıxışında bildirib.


S.Qafarova qeyd edib ki, son iyirmi il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Spiker qeyd edib ki, ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilib:

 

"Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılıb. Bütün bu nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin başladığı və möhtərəm Prezident İlham Əliyevin inamla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır. İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə ölkə iqtisadiyyatı heyrətamiz inkişaf yolu keçib. Bu inkişafın miqyası haqqında təsəvvür yaratmaq üçün təkcə bir faktı qeyd edim ki, Azərbaycanda istehsal olunan ümumi daxili məhsul 3,6 dəfə artmışdır”.

 

S.Qafarova vurğulayıb ki, Milli Məclisdə hər il dövlət büdcəsi müzakirə və təsdiq edilir:

 

"İldən-ilə dövlət büdcəsinin gəlirləri və xərcləri əhəmiyyətli dərəcədə artır. İyirmi ilə yaxın dövrdə dövlət büdcəsinin gəlirləri iyirmi beş dəfədən çox, xərcləri isə iyirmi altı dəfə artmışdır. Həyata keçirilən məqsədli sosial proqramlar sayəsində yoxsulluq səviyyəsi 5,5 faizə düşmüşdür. İnsanların rifah halı yüksəlmişdir. Əhalinin sosial cəhətdən həssas qruplarına dövlət tərəfindən müntəzəm dəstək göstərilir".

 

Azərbaycanın neft və qaz yataqları ilə zəngin bir ölkə olduğunu bildirən S.Qafarovanın sözlərinə görə, Prezident İlham Əliyev ölkəmizin nəhəng enerji potensialından səmərəli istifadəni dövlət siyasətinin prioritet istiqamətinə çevirmişdir:

 

"Ölkəmizin iqtisadi qüdrətinin artmasında karbohidrogen ehtiyatları mühüm rol oynayır. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən transmilli layihələr təkcə ölkəmizin deyil, həm də bütün Avrasiya məkanının enerji təhlükəsizliyinin qorunmasına kömək göstərir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, digər layihələr həm indiki, həm də gələcək nəsillərin firavanlığını təmin etməyə yönəlmişdir. Ancaq iqtisadiyyat yalnız bir mənbənin hesabına uzun müddət inkişaf edə bilməz. Məhz buna görə də dövlət başçısı neft və qazdan asılılığın azaldılması, ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün düşünülmüş tədbirlər həyata keçirmişdir. Qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının, turizmin, informasiya texnologiyalarının və digər sahələrin dəstəklənməsi üçün məqsədyönlü proqramlar icra olunmuşdur. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, son iki ildə ümumi daxili məhsulda qeyri-neft sektorunun payı altmış dörd faiz olmuşdur”.

 

Spiker qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təmin edilən siyasi və iqtisadi sabitlik, əlverişli biznes mühiti istənilən layihənin uğurla reallaşmasını təmin edir:

 

"Ötən dövrdə ölkəmizin iqtisadiyyatına milyardlarla ABŞ dolları məbləğində investisiya qoyulmuşdur. Eyni zamanda, Azərbaycan özü də bir sıra regional və qlobal layihələrdə sərmayəçi kimi çıxış etmişdir.

Həyata keçirilən infrastruktur layihələri ölkəmizi regionun nəqliyyat-kommunikasiya mərkəzinə çevirmişdir. Bu isə tarixən Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın geosiyasi əhəmiyyətini daha da artırıb”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...