Prezidentin strateji baxışları və müdrik yanaşması
Elşad Mirbəşir: "Artıq Cənubi Qafqaz həm də Avropanın qapısına çevrilib”
“Azərbaycan Prezidenti bir neçə istiqamətdə sözün əsl mənasında inqilabi dəyişikliklərə nail oldu”.
Versus.Az xəbər verir ki, bunu deputat Elşad Mirbəşçir Milli Məclisin bugünkü iclasında Prezident İlham Əliyevin fəaliyyətinin 20 illiyi ilə bağlı çıxışında bildirib.
Deputat bildirib ki, Prezident yerləşdiyimiz regionun əhəmiyyət istiqamətini dəyişməyi bacardı:
“Vaxtilə Bjezinskiy Cənubi Qafqazı Orta Asiyanın qapısı adlandırmışdı. Bu kontekstdə Azərbaycanın yerini və rolunu önə çəkirdi. Azərbaycan Prezidentinin strateji baxışları və müdrik yanaşması sayəsində Cənubi Qafqaz həm də Avropanın qapısına çevrildi. Bu gün Avropanın enerji təhlükəsizliyi və istehlak bazarı müvafiq olaraq, Cənubi Qafqazda həyata keçirilən olduqca mühüm enerji və nəqliyyat layihələrindən birbaşa asılıdır. Bu layihələrin reallaşdırılması məhz Azərbaycan dövlətinin təşəbbüsləri və iradəsi sayəsində mümkün oldu və həqiqətən inqilabi dəyişiklik idi.
Digər mühüm məqam isə ondan ibarətdir ki, cənab İlham Əliyev ilk dəfə separatizm ocağını söndürməyi bacardı. Nəzərə almaq lazımdır ki, XX əsr boyunca və XXI əsrin əvvəllərində dünyada 53 separatizm ocağı yaranmışdı. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin sayəsində dünyada separatizm ocaqlarının sayı 51-ə endirildi. Xüsusi olaraq vurğulamaq lazımdır ki, separatizm ocaqlarının olduğu ərazilər dünyanın quru hissəsinin 8,5%-ni təşkil etməkdədir. Bu coğrafiyada yaşayan insanlar dünya əhalisinin 4%-ni təşkil etməkdədir. Bu da təxmini olaraq 200 milyondan artıq insan deməkdir. Göründüyü kimi, Prezident İlham Əliyev dünyaya separatizm bəlasından qurtulmaq üçün olduqca, uğurlu və vacib bir təcrübə təqdim etdi, ərazimizdə separatizmin kökünü kəsdi. Bu, qlobal təhlükəsizliyin təmin olunması istiqamətində çox böyük töhfədir və beynəlxalq səviyyədə layiqincə qiymətləndirilməlidir”.
E.Mirbəşir eyni zamanda bildirib ki, Prezident İlham Əliyev regionon, ölkəmizin əhəmiyyətlilik və vaciblik potensialını əlahiddə dərəcədə yüksəldərək onu milli maraqlarımızın inamla müdafiəsinə yönəltdi:
“2020-ci ilə qədər vacib beynəlxalq tribunalarda və platformalarda İlham Əliyev torpaqlarımızı artıq siyasi işğaldan artıq azad etmişdir. 2020-ci ildə isə Ermənistanın işğalından hərbi yolla azad etdi. Prezident İlham Əliyevin bütün istiqamətlərdə atmış olduğu mütləq uğurlu addımları xalqımızı bu gün dayandığı nöqtəyə gətirdi. Effektiv dövlət, qalib xalq, təminatlı gələcək dövlətinizi və xalqımızı səciyyələndirən əsas əlamətlərdirlər”.
T.Qafarlı
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"