Deputat müxalifətə SƏSLƏNDİ
Tahir Kərimli: "İslam dünyasının başını ucaldan bir şəxsin qarşısında mənim müxalifətçiliyimin haqqı varmı?”
“Müxalifət, sizə səslənirəm: niyə bu qədər uğurda, zəfərdə qara nöqtə axtarırsız. Niyə bu qədər aqressiv, nifrət dolusuz. Sizi birliyə, sevgiyə çağırıram”.
Versus.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Kərmli bildirib.
T.Kərimli qeyd edib ki, əgər Qarbağ məsələmizi, suverenliyimizi təmin eləmişiksə, demokratiya, insan hüquqlarının daha da yaxşılaşdırılması uğrunda prezidentin yanında olmalıyıq, nəinki qarşsında:
“Biz Qarabağda Ali Baş Komandanın cəsarəti, iradəsi, müzəffər Ordumuzun şücaəti ilə Şuşada, Xocalıda, Füzulidə, Xankəndidə bayrağımızı ucaltdıq. 50 milyonluq xalqın, bütün islam dünyasının başını ucaldan bir şəxsin qarşısında mənim müxalifətçiliyimin haqqı varmı?”
Tahirə Qafarlı
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"