Bülbülə gölündə antisanitar VƏZİYYƏT

08:09 23-10-2023 | icon 203 | Sosial
Bülbülə gölündə antisanitar VƏZİYYƏT

Sabunçu rayonunda yerləşən Bülbülə gölü acınacaqlı vəziyyətdədir.

 

Xezerxeber.az-ın məlumatına görə, məişət tullantılarının buraya atılması nəticəsində göldə və ətraf ərazidə antisanitar vəziyyət hökm sürür.

 

Gölün baxımsız vəziyyətdə olması uzun müddətdir yaxınlıqda yaşayan sakinləri narahat edir.

 

Sakinlər iddia edirlər ki, dəfələrlə əraziyə gələn tullantı dolu avtomobillərin qarşısını kəsiblər. Zibillərin su hövzəsinin ətrafına atılmasına mane olublar.

 

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, iriqabaritli yük avtomobilləri ilə gölün ətrafına tullantılar boşaldılır və nəticədə belə vəziyyət yaranır. Görülən tədbirlər nəticəsində təkcə ötən gecə iki belə fakt aşkar olunub.

 

“Qeyd olunan yer bir neçə dəfə təmizlənsə də, bəzi hallarda tullantıların atılması təkrarlanır. “Bakı Abadlıq Xidməti” MMC tərəfindən həmin ərazidə abadlıq işləri aparıldığından yük avtombillərinin yaxınlaşmasının qarşısının alınması məqsədilə süni maneələrin yaradılması mümkün deyil. Yaranmış problemin həlli ilə bağlı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən təmizlik işlərinə başlanıb. Qeyd olunan sahə Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Rayon Polis İdarəsinin yerli struktur bölməsi tərəfindən daimi nəzarətə götürülüb'', - deyə məlumatda bildirilib.

 

“Azərsu” ASC-dən isə bildirilib ki, qurumun ərazidə heç bir infrastrukturu yoxdur.

 

“Master plana əsasən gölün ətrafında kollektor tikiləcək və buraya axıdılan tullantı suların qarşısı alınacaq”, - deyə əlavə edilib.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bu məktəblərə şagird qəbulunda YENİLİK

Bəzi tikinti materialları BAHALAŞACAQ

Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK