Ermənistanın yeganə nicat YOLU
Emin Həsənli: "Ermənistanın dövlətçiliyinin məsuliyyəti Fransanın üzərində qalacaq"
“İndi Fransanın nə deməyindən, Ermənistanla hansı müqavilələr imzalamasından asılı olmayaraq, bölgədəki vəziyyəti dəyişməyəcək. Əksinə, Ermənistan daha da ağır duruma düşürəcək. Fransanın vasitəçiliyi bir tərəfə, Azərbaycan və Türkiyə ilə münasibətlərini daha da kəskinləşdirəcək”.
Versus.Az xəbər verir ki, bunu hərbi ekspert Emin Həsənli Fransanın Ermənistanı silahlandırması, hava hücumundan müdafiə sistemləri ilə bağlı iki dövlət arasında imzalanan müqavilənin region, ölkəmiz üçün yaratdığı təhlükə ilə bağlı açıqlamasında bildirib.
Ekspert Ermənistanın heç bir zaman müstəqil dövlət olmadığını, hər zaman Rusiya kimi böyük dövlətlərin əlində alət olduğunu qeyd edib, bu gün ABŞ və Fransadan asılı qaldığını bildirib:
“Ermənistan ayrı-ayrı dövlətlərə maşalıq etsə də, heç nəyə nail ola bilmədilər. Əksinə, orduları, iqtisadiyyatları məhv oldu, xeyli sayda insan itkisi verib, hərbi, diplomatik müstəvidə biabırçı məğlubiyyətə düçar oldular. Afrikada soyqırımlar törədən, 300 ildir bu qitənin sərvətini sümürən Fransa orada insanların su təminatını ödəmək üçün adi su quyuları belə yaratmayan Fransa, öz maraqları naminə bütün dəyərlərin üzərindən xətt çəkib, indi də Ermənistandan istifadə edir. Fransa Ermənistana "kiçik bacım" deyə-deyə, Cənubi Qafqazda yeləşmək istəyir. Amma bu boş xülyadır”.
E.Həsənli bildirib ki, Fransanın Ermənistana hansı silahlar verməyindən asılı olmayaraq Ermənistanın nicatı üçün bir yolu var:
"Azərbaycan və Türkiyə ilə normal qonşuluq siyasəti yürütmək. Ermənistan vaxtilə Rusiyadan silah, raket kompleksləri alanda da onu fəxrlə təbliğ edirdilər. Biz 44 günlük vətən müharibəsində Ermənistanın da gücünü gördük, Azərbaycanın 1 günlük antiterror tədbirlərində də bunu gördük”.
Ekspert qeyd edib ki, bölgədə sülh, əməkdaşlıq daha çox Ermənistana lazımdır. Onun sözlərinə görə, Ermənistan bu şansı əldən versə dövlətçiliyi təhlükəyə düşəcək və bunun da məsuliyyəti Fransanın üzərində qalacaq.
T.Qafarlı
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"