Psixoloqlar sertifikasiyadan KEÇİRİLƏCƏK?

19:30 26-10-2023 | icon 455 | Cəmiyyət
Psixoloqlar sertifikasiyadan KEÇİRİLƏCƏK?

Könül İsmayılova: "O zaman peşəkar psixoloq kimdir, bəlli olacaq"

 

""Niyə boşanırsız? Ərim mənə bahalı, 3 minlik telefon almır”. Boşanmaların sayı günü-gündən artdığı ərəfədə bəziləri üçün bahalı telefon səbəb sayılacaq və buna görə ailəsini dağıdacaq”.

 

Bu sözləri açıqlamasında psixoloq Könül İsmayılova deyib. 

 

Psixoloq qeyd edib ki, bəzi psixoloqlar gündəmdə qalmaq üçün bilərəkdən insanlarda qıcıq yaradacaq ifadələr işlədir:

 

“Sosial şəbəkədə, mediada həmin psixoloqun səsləndirdiyi fikir bir neçə gün müzakirə olunacaq və beləliklə o, məşhurlaşacaq. Həmin ifadə ilə psixoloq özünü reklam etdi və bacardı da”.

 

Həmsöhbətimiz qeyd edib ki, bu gün ölkədə peşəkar psixoloq problemi yaşanır. Onun sözlərinə görə, ölkədə psixoloq çoxdur, ancaq peşakar, öz sahəsinin mütəxəssisi olduqca azdır:

 

“Ümumiyyətlə, psixoloqlar özbaşına bir sahədir, heç bir nəzarət yoxdur, alver, biznes, gəlir mənbəyi olub. Bəzi psixoloqların özlərinin müalicəyə ehtiyacı var. Onların fəaliyyəti cinayətdir. “Həyat yoldaşım 3 minlik telefon almırsa, boşanmaq kimi şansım var” fikri boşanmaların sayını artıracaq. Bəzi xanımlar bu ifadəni əlində “bayraq” edib boşanmaq üçün məhkəməyə üz tutacaq. Bu səbəbdən də hesab edirəm ki, psixoloqları da müəllimlər kimi sertifikasiya etsinlər. O zaman peşəkar psixoloq kimdir, bəlli olacaq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Daha 140 nəfər Füzuliyə qayıdır

Samir yeniliklərlə qayıtdı