Fahişəlik üçün cəzaların ləğvinə REAKSİYA

14:13 27-10-2023 | icon 307 | Cəmiyyət
Fahişəlik üçün cəzaların ləğvinə REAKSİYA

"Qəti əleyhinəyəm, ona görə ki, bu, başqalarını da şirnikləşdirər"

 

Milli Məclisin deputatı Tahir Kərimli fahişəliklə məşğul olan qadınlar üçün cəzaların ləğvi təklifinin əleyhinə olduğunu bildirib.

 

Versus.az xəbər verir ki, bu barədə o, Milli Məclisdə keçirilən ictimai dinləmə zamanı danışıb.

 

“Fahişəliklə məşğul olan qadınlar üçün cəzaların ləğvi təklif edilir. Bunun qəti əleyhinəyəm. Ona görə ki, bu, başqalarını da şirnikləşdirər. Bizim Azərbaycan qadının xanım-xatın statusuna böyük xələl gətirər”.

 

Xatırladaq ki, fahişəliklə məşğul olan qadınlar üçün cəza nəzərdə tutan hüquqi müddəaların ləğv edilməsi təklif edilir. Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə Məlumatında əksini tapıb.

 

Hesabatda qadınları cinsi istismara məruz qoyan cinayətkarların, o cümlədən gəlir məqsədli cinsi əlaqəyə məcbur edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, qadınların tabe mövqeyinin və onlara “obyekt” kimi yanaşmanın bütün formalarına qarşı mübarizənin aparılması və fahişəliyi dayandırmaq istəyən qadınların yardım proqramları və alternativ gəlir imkanları ilə təmin edilməsi təklif olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır