Qərbi Azərbaycanın elektron xəritəsi HAZIRLANIB

13:07 31-10-2023 | icon 405 | Cəmiyyət
Qərbi Azərbaycanın elektron xəritəsi HAZIRLANIB

“Son 200 ildə ermənilər etnik təmizləmə aparıblar. Ermənilər Azərbaycan və türk mənşəli toponimlərə münasibətdə həmişə qərəzli mövqe tutublar. Qərbi Azərbaycanda - indiki Ermənistanda türk mənşəli toponimlərin uzun illər boyu dəyişdirilib erməniləşdirilməsi faktlarla sübut olunub. Ermənilər bu torpaqlarda azərbaycanlıların izlərini silməyi qarşıya məqsəd kimi qoymuşdular”.

 

Versus.Az xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli parlamentdə keçirilən “Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmədə deyib.

 

İcma sədri bildirib ki, Ermənistan SSR-nin verdiyi fərmanla 1978-ci il yanvarın 25-də 93 yaşayış məntəqəsinin adı dəyişdirilib.

 

Bu toponimlərin dəyişdirilməsinin hüquqazidd addım olduğunu diqqətə çatdıran Ə.Ələkbərli Qərbi Azərbaycanın elektron xəritəsinin hazırlandığını deyib. Bildirib ki, xəritədə köhnə yer adları əks olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Daha 140 nəfər Füzuliyə qayıdır

Samir yeniliklərlə qayıtdı