Pensiyalar hər il artır, bəs veteran təqaüdü niyə 80 manatda ilişib qalıb?

18:41 31-10-2023 | icon 664 | Cəmiyyət
Pensiyalar hər il artır, bəs veteran təqaüdü niyə 80 manatda ilişib qalıb?

Sosial, maddi təminatının yox dərəcəsində olmasının səbəbi nədir?!

 

 

 

 

VÜQAR DADAŞOV
/Qarabağ qazisi/

 

İkinci Dünya Müharibəsində alman faşizminə qarşı vuruşmuş dədə-babalarımız müharibə iştirakçıları, veteran kimi çox yüksək olaraq qiymətləndirilir. Ölkəmizdə də əlillik dərəcəsindən asılı olmayaraq İkinci Dünya Müharibəsi veteranlarına yüksək təqaüd-pensiya verilib və verilir. Üstəlik hər il 9 May Qələbə Günü münasibəti ilə həmin veteranlara orta hesabla 1500 manat dəyərində bir dəfəlik yardım pulu verilib və bu gün də dövlətimiz həmin ənənəni qoruyub saxlayır. Hətta dünyasını dəyişmiş həmin veteranların arvadlarına belə hər il 9 May Qələbə Günü münasibətilə 1500 manat miqdarında birdəfəlik yardımın verilməsi davam etdirilir. Onların mənzil təminatı, sağlamlıqlarının qorunması, ümumən sosial-tibbi təminatı isə mübahisəsiz dərəcə də çox yüksək səviyyədə təşkil edilib.

 

Xalqımızın sarsılmaz birliyi, Ordumuzun dünyaya nümunəvi qəhrəmanlığı, peşəkarlığı və Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin siyasi iradəsi, müdrik siyasəti nəticəsində Azərbaycan Rusiyanın, İranın, Fransanın birbaşa kəşfiyyat, siyasi-diplomatik, hərbi dəstək göstərdiyi işğalçı Ermənistan üzərində möhtəşəm QƏLƏBƏ qazandı. Qalib xalqın, müzəffər ordunun əsgərlərinə xüsusi qiymət, qayğı əsgərə - fərdə deyil, dövlətin suverenliyinə, bütövlüyünə, xalqın qəhrəmanlığına, birliyinə verilən dəyər kimi dövlətin, xalqın prinsipial və güzəşt edilməyən milli maraqlarının qorunmasının göstəricisidir. Öz ərazi bütövlüyü və suverenliyini bərpa etmiş, arxalı düşmən üzərində möhtəşəm zəfər qazanmış Qalib Azərbaycan əsgərinə hətta veteran, əlil statusunun asanlıqla verilməməsinin, bütün təqaüdlər hər il və ildə bir neçə dəfə artırılan digər təqaüdlər müqabilində veteranına illərlə dəyişməyən 80 manatlıq təqaüdü belə artırmamaq və nəhayət sosial, maddi təminatının yox dərəcəsində olmasının səbəbi nədir axı?! Əgər hər şeydən öncə Vətəndirsə...

 

Özüm üçün cavabını təxmin etsəm də, yenə də düşünürəm, tapmağa çalışıram - görəsən 9 May Qələbə Günü ilə 8 Noyabr Zəfər Gününün fərqi nədədir?!

 

Və ardınca bunları da qeyd edim:

1-ci, 2-ci Qarabağ müharibəsi yoxdur, 30 illik müharibə var. 1994 cü ildən atəşkəs elan olsa da, hər il və hətta bu son günlərə kimi də hərbi toqquşmalar davam edib, şəhidlər vermişik. Siyasi-diplomatik müstəvidə isə mübarizəmiz bir an belə dayanmayıb. Bütün Qərb, Rusiya İran bizi 90-cı illərin məğlubiyyəti ilə barışmağa məcbur etmək istəyib. Beynəlxalq təşkilatlar, xüsusən də ATƏT Minsk Qrupunun missiyası, havadarlarının köməyi ilə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını işğal faktını rəsmiləşdirməkdən ibarət olub. 1994-cü ildən bu yana hərbi, siyasi-diplomatik, informasiya mübarizəmiz, müharibəmiz dayanmayıb. 1994-cü ildən döyüşlər, əməliyatlarımız davam edib. Xüsusən də Horadiz, Aprel, Günnük, Tovuz, 2020-ci ilin 44 günlük Vətən müharibəsinə qədər tarixlərdə olub. 2023-cü il sentyabrın 19-da başladığımız "lokal antiterror tədbirlərlə" 30 illik müharibənin son mərhələsini də möhtəşəm qələbə ilə bitirdik. Faktiki və elmi-tarixi, həmçinin psixaloji baxımdan Qarabağ müharibəsi 30 illik müharibədir. Bu otuz il isə Azərbaycan xalqının dözümlülük, mətinlik, barışmazlıq və ardıcıl qəhrəmanlıq tarixi kimi şanlı qələbəmizin yetişmə dövrüdür. Bu tarix həm də böyük xalq olduğumuzun sübutudur. Odur ki, 1-ci, 2-ci Qarabağ müharibəsi yoxdur, qələbə çaldığımız 30 illik müharibə var.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Daha 140 nəfər Füzuliyə qayıdır

Samir yeniliklərlə qayıtdı