Xeyriyyəçi olmaq üçün FÜRSƏT

10:12 01-11-2023 | icon 488 | Cəmiyyət
Xeyriyyəçi olmaq üçün FÜRSƏT

Müstəqil Həmkarlar Birliyi (MHB) 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar #HƏMRƏYLİK xeyriyə tədbiri keçirəcək.

 

Versus.Az xəbər verir ki, bu barədə MHB-nin Mətbuat Xidmətinin məlumatında bildirilir.

 

Tədbir çərçivəsində satış sərgisi təşkil olunacaq. Satışdan əldə olunan vəsait şəhid ailələri və qazilərə, həmçinin ehtiyacı olan digər şəxslərə yardım məqsədilə istifadə olunacaq. Şəhid ailələri və qazilərə xüsusi diqqətin göstərilməsi bütövlükdə cəmiyyət,gələcək nəsillər üçün örnəkdir.

 

MHB ictimaiyyəti bu tədbirdə aktiv iştirakçı olmağa dəvət edir.

 

Qeyd edək ki, tədbirdə xeyriyə konsertinin keçirilməsi də nəzərdə tutulur. 

 

MHB bildirir ki, bu tədbirin məqsədi həmrəylik, humanistlik, dostluq, sevgi və birliyimizin növbəti nümayişidir. Aksiya bütövlükdə cəmiyyətin, eləcə də xüsusi diqqətə ehtiyacı olan həssas təbəqəni sevindirmək ideyasını daşıyır. Tədbir iştirakçıları geyim, ayaqqabı, yataq dəstləri, şirniyyat və sair müxtəlif hədiyyələr, eləcə də ianə ilə aksiyaya qoşula bilər.

 

"Müstəqil Həmkarlar Birliyi hər zaman xüsusi diqqətə ehtiyacı olan həssas təbəqəyə qayğı göstərilməsini gündəmində saxlamış, müxtəlif tədbirlər və aksiyalar keçirmişdir. Bu məqsədlə tədbirlərin, aksiyaların həyata keçirilməsi davam edəcəkdir. #HƏMRƏYLİK xeyriyə aksiyasında iştrak etmək istəyən hər kəs və bütün təşkilatlar ianə və digər hədiyyələri 05.01.2024 tarixinə qədər Nizami rayonu, Əzim Əzimzadə küçəsi 4, 3-cü mərtəbədə yerləşən ofisimizə gətirə bilər"- deyə, məlumatda bildirilir.

 

MHB qeyd edir ki, əlavə məlumat üçün (+99455) 556 25 42 WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilərsiz:

 

"Unutmayaq! Yardımlaşmaqla, paylaşmaqla #HƏMRƏYLİYİMİZ   #DƏMİRYUMRUQ kimi daha da güclənəcək!"

 

Aysel Camal
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Daha 140 nəfər Füzuliyə qayıdır

Samir yeniliklərlə qayıtdı