Din xadimlərinə avtomobil və vahid forma verilməsi ilə bağlı AÇIQLAMA

10:55 02-11-2023 | icon 245 | Cəmiyyət
Din xadimlərinə avtomobil və vahid forma verilməsi ilə bağlı AÇIQLAMA

Azərbaycanda din xadimlərinin yeni forma və avtomobillə təmin olunması ilə bağlı məlumatlar yayılıb. 

 

Bildirilib ki, artıq din xadimləri onlara verilən avtomobildən və təsis edilmiş yeni geyim formasından istifadə edirlər.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən bildirilib ki, din xadimlərinə avtomobillərin təqdim edilməsi ilə bağlı yayılan görüntülər yeni deyil:

 

 

“Prezident İlham Əliyevin “Azərbaycanda dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı 11 sentyabr 2018-ci il tarixli Sərəncama əsasən həmin il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən 24 dini icmaya avtomobil təqdim edilib. Hazırda isə rəsmi dövlət qeydiyyatına alınmış dini icmalara avtomobillərin verilməsi nəzərdə tutulmayıb”.

 

Komitədən əlavə edilib ki, Azərbaycanda din xadimləri üçün vahid geyim forması 2014-cü ildə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təsdiq edilib:

 

 

“Vahid geyim forması həmin dövrdən tətbiq olunur. Ölkəmizdə fəaliyyət göstərən məscidlərin əksəriyyətində din xadimləri bu geyim formasından istifadə edirlər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məsələnin önəmini nəzərə alaraq daim maarifləndirmə işləri aparır”. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır