Medinex-2023” sərgisində

11:41 02-11-2023 | icon 323 | Sağlamlıq
Medinex-2023” sərgisində

 

Noyabrın ilk günündə “Medinex-2023” sərgisi keçirilib.  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sərgidə xüsusi stendlə təmsil olunub.

 

Bu barədə Versus.az-a Agentliyin mətbuat xidmətindən bildirilib. Verilən məlumata görə, sərginin açılışında Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyevin çıxışı edərək bildirib ki,  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Medinex-sərgisinin rəsmi dəstəkçisi qismində sayca ikinci ildir ki, çıxış edir.

 

Z.Əliyev qeyd edib ki, müasir dövrün bütün sahələrində sağlam rəqabət mühitinin olması vacib məsələlərdəndir.

 

"Səhiyyə sahəsində bu gün oxşar növ məhsullar istehsal edən çoxsaylı şirkətlər mövcuddur. İstər xəstəliklərin müayinə və müalicəsində istifadə edilən tibbi avadanlıqlar, istərsə də dərman vasitələri ildən-ilə daha da təkmilləşir, yenilənir. Şirkətlərin təqdim etdikləri məhsulları əlaqəli müəssisələrə tanıtmasının və sağlam rəqabəti inkişaf etdirməsinin ən uğurlu yolu bu cür tibb sərgilərinin keçirilməsidir. Çox şadıq ki, ölkəmizdə tibb və səhiyyə sahələrini əhatə edən, dövlət və özəl sektor arasında yeni biznes tərəfdaşlıqların inkişafına imkan yaradan belə sərgilər təşkil olunur".


Z.Əliyev bildirib ki, Agentliyin də sərgidə xüsusi stendlə təmsil olunması icbari tibbi sığorta sisteminin yerli və beynəlxalq müstəvidə nümayişidir.

 

"Məqsədimiz mühüm səhiyyə islahatı olan və 3 ilə yaxındır ölkəmizdə tətbiq edilən icbari tibbi sığorta haqqında sərgi iştirakçılarını və ziyarətçiləri məlumatlandırmaqdır. Bu bizə iştirakçıların fəaliyyətimizlə bağlı maraqlandığı əsas məsələləri öyrənməyə, sual və təklifləri dinləməyə də şərait yaradacaq.
Dövlət başçısının rəhbərliyi altında həyata keçirilən səhiyyə islahatları bu gün uğurla davam edir. Səhiyyəmizin maddi–texniki bazasının gücləndirilməsi istiqamətində çox böyük işlər görülür. Tibb müəssisələri müasir tibbi avadanlıqlar və tibbi sərfiyyatla təchiz edilir.

Vətəndaşlara keyfiyyətli tibbi xidmətlərin göstərilməsini, vaxtında, maneəsiz xidmətdən yararlanmasını təmin etmək qarşımıza qoyduğumuz başlıca hədəflərdəndir. Bu məqsədlə Agentlik xidmət keyfiyyətinin artmasını şərtləndirən əsas amillərdən biri kimi tibb müəssisələrinin təchizatının gücləndirilməsinə çalışır. Agentlik icbari tibbi sığortanın tətbiqinə başlanıldığı dövrdən indiyədək 100 milyon manata yaxın məbləğdə yeni cihaz və avadanlıq almışdır. Məqsədimiz uzunmüddətli perspektivə universal tibbi təminata nail olmaqdır. Bunun nəticəsidir ki, bu il Xidmətlər Zərfinin təminata aldığı tibbi xidmətlərin sayı və əhatə dairəsi də genişləndirilmiş, 3315-ə çatdırılmışıdır".

 

Z.Əliyev hesab edir ki,  bu sərgi iştirakçılara yeni əlaqələrin qurulması, istər özəl, istərsə də dövlət tibb müəssisələrinin ehtiyaclarını yaxından öyrənmək üçün çox gözəl platformadır. 

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Daha 140 nəfər Füzuliyə qayıdır

Samir yeniliklərlə qayıtdı