Yoğun bağırsaq xərçəngini müalicə edən DƏRMAN

08:57 04-11-2023 | icon 340 | Sağlamlıq
Yoğun bağırsaq xərçəngini müalicə edən DƏRMAN

Münhen Universitetindən olan alimlərin araşdırmalarına görə, aspirin yoğun bağırsaq xərçənginin profilaktikasında və müalicəsində effektli ola bilər.

 

Versus.az xəbər verir ki, tədqiqatın nəticələri “Nature” jurnalında dərc olunub.

 

Tədqiqatçılar müəyyən ediblər ki, aspirin xərçəng hüceyrələrini məhv edən molekulların (miR-34a və miR-34b/c) yaranmasına səbəb olur. Bunun üçün aspirin AMPK fermentinin aktivliyini stimullaşdırır ki, bu da, öz növbəsində, NRF2 transkripsiyası amilini dəyişdirir. NRF transkripsiya amili orqanizmdə hüceyrələrin və toxumaların müxtəlif toksinlər, oksidləşmə stresi və kanserogen maddələrdən aktioksidant müdafiəsində iştirak edir.

 

AMPK fermenti NRF2 transkripsiyasını elə dəyişir ki, o, hüceyrənin nüvəsinə daxil olur, miR-34a və miR-34b/c molekulları ilə bağlı olan miR-34 geninin ekspressiyasını aktivləşdirir. Bu molekullar şiş supressorları ailəsinə aiddir. Başqa sözlə desək, onlar sağlam hüceyrələrin xərçəng hüceyrələrinə transformasiyası profilaktikasını təmin edir, bununla da bağırsaq xərçəngi zamanı həm profilaktik, həm də müalicəvi təsir göstərirlər.

 

Alimlər vurğulayırlar ki, aspirinin xərçəng hüceyrələrinin aktivliyinə təsirinin dərindən öyrənilməsi üçün əlavə tədqiqatlara ehtiyac var. Müəlliflər onkoloji xəstəliklərin müalicəsi üçün gələcəkdə aspirin əsasında yeni dərmanların hazırlanmasının mümkün olacağına ümid edirlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Daha 140 nəfər Füzuliyə qayıdır

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı