Beyini sürətlə qocaldan VƏRDİŞLƏR

09:01 04-11-2023 | icon 479 | Sağlamlıq
Beyini sürətlə qocaldan VƏRDİŞLƏR

Nevroloqlar Zaldi Tan və Rendall Rayt tənha insanların və gecə növbəsində işləyən peşə sahiblərinin beynində qocalma prosesinin daha sürətlə getdiyini bildiriblər.

 

Onların bu barədə araşdırmasını “HuffPost” dərc edib.

 

Z.Tan deyib ki, pensiyaya çıxandan və ya hər hansı həyat şərtlərindən sonra baş verən sosial izolyasiya beynin daha sürətlə yaşlanmasına gətirib çıxara bilər. O izah edib ki, başqa insanlarla ünsiyyət zamanı insanın beynində çoxlu sayda informasiya emal olunur və o, müxtəlif qərarlar verir və ya nəticələr çıxarır:

 

“Beynimiz bu fəaliyyətlə məşğul olmayanda, bəzi sinir kanalları artıq istifadə olunmur və diqqət başqa yerə ötürülür və ya seyrəlməyə başlayır. Bu isə koqnitiv funksiyaların azalmasına gətirib çıxara bilər”.

 

O, daha sonra bildirib ki, arterial təzyiqin oynaması hallarına məhəl qoyulmaması vərdişinin də beyni sürətlə qocaldır, çünki yüksək təzyiq demensiyanın və qocalıqdan yaranan əqli zəifliyin sürətli inkişafına təkan verə bilər:

 

“Yeni biliklər əldə etmək istəməmək vərdişi də beyni yaşlandırır. Plastiklik zəkamızın bacarığıdır və beynimizin dəyişikliklərə adaptasiyası deməkdir. Daha yüksək təhsilə və biliyə malik insanlarda demensiya hallarına çox az rast gəlinməsinin açıqlaması məhz oxumaq vərdişi ola bilər”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...