Azərbaycanın Türk dünyası ölkələri ilə münasibətləri DİQQƏT MƏRKƏZİNDƏ

15:54 06-11-2023 | icon 469 | Siyasət
Azərbaycanın Türk dünyası ölkələri ilə münasibətləri DİQQƏT MƏRKƏZİNDƏ

Könül İsmayılova: "Elə təkcə bu faktın özü də dünyaya bir mesajdır"

 

"Türk dövlətlərinin birlikliyi, qardaşlığı digər dövlətləri tarixən narahat edən bir məsələ olub və olmaqdadır. Türk dövlətlərinin son illər daha sıx birlik nümayişləri o dövlətlərin narahatlığını daha da artırıb. Demək ki, türk dövlətləri olmaqla münasibətlərimizi daha da mükəmməlləşdirməliyik ki, qarşı tərəf necə bir qüvvə olduğumuzu, lazım gəldiyində bu qüvvənin nəyə nail ola biləcəyini anlasın".

 

Versus.Az xəbər verir ki, bunu Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova Prezident İlham Əliyevin noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündəki çıxışını şərh edərkən bildirib.

 

Könül İsmayılova vurğulayıb ki, Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir:

 

"2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində əməkdaşlıq əlaqələri müxtəlif sahələrdə təsisatlanıb. Və bu gün təşkilat beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir. Bildiyimiz kimi, son iki il ərzində Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfəri təşkil olunub. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər. Qarşılıqlı səfərlər çərçivəsində birgə sərmayə fondları yaradılıb. Əməkdaşlıq əlaqələri artan dinamika ilə inkişaf edir. Hesablamalara görə, artıq Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artıb".

 

Bu gün müharibələr və qanlı münaqişələrin alovlandığını təəssüf hissi ilə qeyd edən Könül xanım bildirdi ki, Azərbaycan zamanında bu yöndə çox haqsızlıqlara uğradı, beynəlxalq təşkilatların ədalətsizliyi ilə qarşılaşdı. Və 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladı:

 

"Azərbaycan uzun illər münaqişəni sülh yolu ilə həll etməyə çalışsa da, Ermənistan bundan yayındı. Məqsədi isə işğala əsaslanan status-kvonu möhkəmləndirmək idi. Bu gün Azərbaycan 44 günlük vətən müharibəsindəki qələbədən sonra yenə də sülh sazişinin imzalanmasında israrlıdır. Bir günlük antiterror əməliyyatımızla Ermənistanın məğlubiyyətinin sonunu gətirdik və bu gün dünya dövlətlərinin əksəriyyəti Qarabağın Azərbaycan torpağı olduğunu deyir".

 

K.İsmayılovanın sözlərinə görə, bütün bu proseslərin fonunda Azərbaycanın Türk dünyası ölkələri ilə münasibətləri də diqqət mərkəzindədir:

 

"Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dövlətlərinin birliyi amallarına sadiq qalacaq. Cənab Prezidentimizin Türk dövlətlərinin birliyinin, həmin ölkələrin qarşılıqlı fəaliyyətinin vacibliyini bu fikirlərlə bir daha təsdiqləyib: “Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”. Bu gün dünyanın da gördüyü budur ki, Türk dövlətləri arasında iqtisadi münasibətlər genişlənir. Elə təkcə bu faktın özü də dünyaya bir mesajdır".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...