“Bu gün Zəfər Günümüzlə dünyaya meydan oxuyuruq”

10:16 07-11-2023 | icon 454 | Siyasət
“Bu gün Zəfər Günümüzlə dünyaya meydan oxuyuruq”

Könül İsmayılova: “Bu gün bu tarixə töhvələrimizi verməliyik ki, sabah qürurla danışmağa sözümüz olsun”

 

"Elə bir tarixi yaşayırıq ki, sevincimizdən, xoşbəxtliyimizdən bəlkə də bunun elə də fərqində deyilik. Amma illər keçəcək, vaxt gələcək ki, dönüb bu günümüzə baxanda, bu tarixi kitablarımızdan oxuyanda, filimlərimizdə seyr edəndə belə bir tarixin canlı şahidləri olmağımızı Allahın verdiyi şans sayacağıq. Tariximizi yaşaya-yaşaya tarixə çevrilirik biz də. Ona görə də bu gün yaşadığımız bu tarixə töhvələrimizi verməliyik ki, sabah tariximizi oxuyanların qarşısında qürurla danışmağa sözümüz olsun".

 

Versus.Az xəbər verir ki, bunu 8 Noyabr - Zəfər Günü ilə bağlı açıqlamasında Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.

 

Artıq hər bir azərbaycanlı üçün ən böyük, ən təntənəli, ən sevincli, ən müqəddəs bayramın 8 Noyabr - Zəfər Günü tariximiz olduğunu deyən Könül xanım qeyd etdi ki, bu elə möhtəşəm bir zəfər ki, bu Zəfərimizlə bu gün dünyaya meydan oxuyuruq:

 

"Daha çox meydan oxumaq üçün dövlətimizin yanında olmağımız şərtdir. Dünya zatən son illər Azərbaycanın DƏMİR YUMRUĞa necə nail olduğuna şaidlik edir. Və fərqindədir ki, bu gün qarşsında köhnə deyil, müasir müstəqil Azərbaycan durur".

 

K.İsmayılova vurğuladı ki, 30 ildən sonra əldə etdiyimiz BÖYÜK ZƏFƏRimizi qısqananlar da yox deyil:

 

"Bu üzdən Azərbaycan ictimaiyyəti olaraq çalışmalıyıq ki, şəhidlərimizin canı bahasına əldə etdiyimiz qələbələrimizə kimlərsə kölgə salmasın. Hansı ki, kölgə salmaq istəyənlər sırasında təəssüflə daxildəki simaları da gördük. Uzağa getməyək, Qarabağla bağlı məsələdə, Vətən müharibəsi zamanı siyasi partiyalar Ali Baş Komandan İlham Əliyevə siyasi həmrəylik göstərdikləri bir vaxtda AXCP, Müsavat Partiyası və “Milli Şura” kənarda durdular. Amma bu ədalətsizlikləri onların özlərinə qarşı işlədi. Bununla da onların antimilli xisləti ifşa edildi.

Cənab Prezident ona qarşı istər xaricdən, istərsə də daxildən olunan təpkilərə əhəmiyyət vermədən dövlətimiz, xalqımız üçün xeyirli olan nədirsə, onları etdi. Biz də ictimai xadim olaraq məhz bu yöndə işimizi yönəltməliyik. Öhdəmizə düşən nədir? Birinci növbədə bizə bu qələbələri yaşadan şəhidlərimizin ailələrinə qayğı və diqqət göstərməliyik. Qazilərimizin daim yanında olmalı, dəstəyimizi əsirgəməməliyik. Məmurlarımız qazilərlə, şəhid ailələri ilə bağlı daha diqqətli olmalıdılar. Cənab Prezident özü də həmişə çıxışlarında bəyan edir ki, bu qələbəmizə görə canlarını fəda edən şəhidlərimizə əbədi borcluyuq. Prezidentin “Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu” fikirləri həm də bir bəyanat sayılır".

 

K.İsmayılova BÖYÜK QAYIDIŞla da bağlı fikirlərini bölüşüb:

 

"Bu gün keçmiş məcburi köçkünlərimizin öz yurdlarına qayıdışlarını böyük sevinc hissi ilə seyr edirik. Ölkə başçısı öz xalqına nə vəd etmişdisə, bu gün o vədlər ard-arda gerçəkləşir. Qərbi azərbaycanlılarımızda da öz vətənlərinə qayıdış ümidi artıb. İşğaldan azad edilən ərazilərimizdə apadlıq işləri yüksək səviyyədə irəliləyir. Xankəndi, Xocalı niskilimiz də xeyrimizə həll edildi. Bütün bu gediş onu göstərir ki, Azərbaycan dövlətinin başında cənab İlham Əliyev durduqca, ölkəmiz və xalqımız etibarlı əllərdədir demək. Bir sözlə, Zəfər Bayramımız tamdır. Azərbaycana da bu yaraşır".

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...