“Bu partiyaların birləşib-ayrılmalarını çox müşahidə etmişik”

17:43 22-02-2019 | icon 532 | Siyasət
“Bu partiyaların birləşib-ayrılmalarını çox müşahidə etmişik”

Əlabbas Məhərrəmli: “Elə etməlidirlər ki, buraxılan səhvlər təkrarlamasın”

 

 

“Bu gün ictimai-siyasi sferada müəyyən bir canlanma var. Bu özünü istər iqtidar, istərsə də müxalifətdə cərəyan proseslədə göstərir”

 

Bunu Versus.Az-a siyasi ekspert Əlabbas Məhərrəmli ölkə daxilindəki ictimai-siyasi durum və partiyaların əməkdaşlıq əlaqələrini təhlil edərkən bildirib.

 

Ə.Məhərrəmli ilk olaraq ölkə başçısının rayonlara intensiv səfərlərini, xalqın problemləri ilə birbaşa maraqlanaraq müvafiq göstərişlər verməsini qeyd edib. O, bildirib ki, Prezidentin Şəhid ailələrinin problemlərindən tutmuş, Şamaxıda baş verən zəlzələdən əziyyət çəkən sakinlərlə görüşü, son Sumqayıt, Beyləqan səfərləri dövlət rəhbərliyinin  sadə vətəndaşlarla daha yaxından təmaslar qurması və əhalinin problemləri ilə yaxından maraqlanmasını ifadə edir ki, bu da müsbət qarşılanır.

Ə.Məhərrəmli öz təhlilində siyasi camiyədə müxalifət cəbhəsində müşahidə olunan proseslərin də dinamikliyini önə çəkib. Bildirib ki, müxalifətin son mitinq qərarları ilə bağlı etdiyi müraciətlər, partiyaların bir-biri ilə müttəfiqlik əlaqələrində fəaliyyət göstərmələri, bloklaşmalar, hərəkatların yaranması müşahidə olunan canlanmaya və proseslərin müəyyən nəticəyə aparacağına işarə ola bilər.

 

“Bu partiyaların birləşib ayrılmalarını çox müşahidə etmişik”

 

Ölkədə 53 siyasi partiyanın və bunların hər birinin öz siyasi xətti, yolu olduğunu deyən Ə.Məhərrəmli şəxsi, ideoloji münasibətləri uyğun gələn partiyaların əməkdaşlığa can atdığını qeyd edib:

 

“Azərbaycan müstəqil olandan sonra cərəyan edən proseslərdə bu partiyaların birləşib ayrılmalarını çox müşahidə etmişik. İndi də birinci Qarabağ Komitəsi adlı bir qurum yaradıldı. Hansı ki, orda qeyri-siyasi fəallar və partiyalar vardı. Sonra Azərbaycan Xalq Hərəkatı adlı təşkilat yarandı ki, orda isə əsas özək siyasi partiyalardır. Təbii ki, demokratik bir ölkədə çoxpartiyalılıq sistemində belə bir təşkilatların yaranmasına normal yanaşmaq lazımdır. Lakin bu birliklərin gələcəkdə yüksək nəticələrə aparacağını söyləmək çətindir”.

 

Ə.Məhərrəmli hesab edir ki, yeni yaranan təşkilatlar ötən illərin təcrübəsini araşdırmaqla, elə etməlidirlər ki, buraxılan səhvlər təkrarlamasın. Çünki növbəti parçalanmalar cəmiyyətdə növbəti ümidsizliyi yarada bilər:

 

“Hər seçkidən sonra bizim partiyalar arasında yeni bir təlatüm yaranıb. Kimlər parlamentə düşübsə, onlar parlamentə düşməyənlər tərəfindən qınaq obyektinə çevriliblər. Bu proses növbəti seçkilərə qədər davam edib. Beləcə bir-birini ittiham edə-edə seçkilərə qatılıblar. Bunların arasında müxalifəti öz manapoliyasına almaq istəyənlər də var. Özlərini “ana-ata müxalifət” adlandırlanlar digər partiyalara yuxarıdan aşağı baxıblar. Götürək 2010-cu ili. Parlament seçkilərindən sonra Xalq Cəbəhsi Partiyası Müsavat Partiyasını ittiham elədi ki, parlamentə gedib. Amma növbəti seçkilərdə ittifaqa girib seçkiyə qatıldı. Deyilən sözləri, edilən hərəkətləri bir-biri ilə uzlaşmadı. Düzdür, siyasi partiyaların öz maraqları olur. Amma o maraqların da çərçivəsi var və ona uyğun addımlar atılmalıdır. Bu cür yanaşmalarla səmimi birlik yarana bilməz. 

Elə etmək lazımdır ki, qurulan bağlar möhkəm olsun. Çünki hər bir parçalanma, həm də bir itki deməkdir. Parçalanmanın olmaması üçün səmimiyyət, halallıq, sağlam birlik olmalıdır. Sən özün xalqa səmimiyyətdən, halallıqdan, arxa qapıda danışmamaqdan  danışırsansa, bunu birinci növbədə öz üzərində etməlisən”.

 

Ekspert eləcə də, beynəlxalq təşkilatların Qarabağ məsələsində qismən hərəkətli olduğunu diqqətə çəkib:

 

“Xüsusi bir yenilik baş verməsə də, beynəlxaql müstəvi Qarabağ məsələsini yaddan çıxarmadığını xatırladır. Münaqişənin həlli ilə bağlı vasitəçilik missiyasını daşıyan ATƏT-in Minsk qrupunun həmsədr dövlərtləri bu istiqamətdə müxtəlif çıxışlar edirlər. Minsk qrupu həmsədrlərinin ölkəyə səfər edərək, dövlət başçısı ilə görüşlər keçirmələri onu ifadə edir ki, Qarabağla bağlı növbəti rəsmi görüşlər olacaq”.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ