Ağarmış saçları təbii rənginə qaytaran çox asan üsullar

08:11 09-11-2023 | icon 475 | Sağlamlıq
Ağarmış saçları təbii rənginə qaytaran çox asan üsullar

Saçlarımız bir çox səbəblərdən, o cümlədən stress, yanlış qulluq vasitələrindən  istifadə, yaşın ötməsi və s. səbəblərə görə ağara bilər. Bu, bəzi insanlarda kompleks və müəyyən narahatlıqlar yaradır.

 

Ancaq xarici amillərin təsirindən ağarmış saçları təbii rənginə qaytarmağın bəzi təbii üsulları da var.

 

Onları təqdim edirik:

 

Sarımsaq müalicəsi

 

Bu üsuldan istifadə etmək üçün beş diş sarımsaq və bir soğanı qabıqlarından ayırıb blenderlə əzin. Sonra qarışığa bir yumurta sarısı və bir xörək qaşığı zeytun yağı əlavə edin. Qarışıq pasta konsistensiyasına çatana qədər qarışdırmağa davam edin. Daha sonra qarışığı quru saçlarınıza çəkin. Bir saat gözlədikdən sonra saçınızı yuyun. Bu üsulu ayda iki dəfə təkrarlaya bilərsiniz.

 

Qoz qabığı üsulu

 

Qoz qabığı qidalandırıcı quruluşu ilə saçlarınızı təbii rənginə qaytarmağa kömək edir. Bu üsulla saçlarınızı qidalandırmaq üçün iki stəkan suda üç ədəd qozun qabığını qaynadın. Qaynar sudan qabıqları çıxarın və suya yarım stəkan zeytun yağı əlavə edin. Sonra qarışıma bir çay qaşığı quru maya əlavə edin, saçınıza çəkin və iki saat saçınızda saxlayın. Bu üsulu ayda bir dəfə təkrarlaya bilərsiniz.

 

Qara çörəkotu

 

Çörəkotu tərkibindəki sağlam yağla saçlarınızı qoruyacaq. Bu üsul digər üsullardan bir qədər fərqli inkişaf edir. Əvvəlcə bir çay qaşığı çörəkotu toxumunu əzib toz halına salın. Sonra tozları bir kasa qatığa töküb qarışdırın. Qarışığı yeddi gün ərzində hər səhər müntəzəm olaraq istehlak edin. Bu müalicə mədə xəstəliklərini də aradan qaldırır.

 

Sarıkök

 

Sarıkökdə olan sağlam komponentlər saçın təbii rəngini uzun müddət saxlamağa kömək edir. Bu üsulla saçları təbii rənginə qaytarmaq üçün iki stəkan su, bir xörək qaşığı çobanyastığı və dörd xörək qaşığı sarıkök tozunu qarışdırın. Sonra bütün maddələrin qarışığını dəmləyin. Süzüldükdən sonra duş qəbul edib saçınızı yaxalamaq üçün həmin sudan istifadə edin. Bu üsulu ayda iki dəfə sınaya bilərsiniz.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır